Accessibility links

ABŞ Ali Məhkəməsi tezliklə Trampla bağlı qərarlar verə bilər


Donald Tramp
Donald Tramp

On ay sonra ABŞ seçiciləri yenidən prezident seçəcəklər, lakin onlar seçkiyə getməzdən əvvəl ABŞ Ali Məhkəməsi yaxın həftələrdə Respublikaçıların aparıcı namizədi, keçmiş prezident Donald Trampın siyasi taleyində həlledici rol oynaya bilər.

Yenidən seçilmək üçün iddiası boşa çıxdıqdan üç il sonra Tramp Ağ Evi geri almaq yolunda bir sıra maneələrlə üzləşir. Ölkənin doqquz üzvlü ən yüksək məhkəməsi bütün bunları Trampın zərərinə və ya xeyrinə hesablaya bilər.

O, qarşıdakı aylarda mühakimə oluna biləcəyi 91 ittihamı əhatə edən presesdenti olmayan dörd cinayət ittihamı üzrə təqibdən toxunulmazlıq tələb edir.

Tramp həmçinin 6 yanvar 2021-ci ildə Konqresin Co Baydenin prezident seçkilərində onun üzərində qələbəsini təsdiqləməsinə mane olmağa çalışan tərəfdarlarını ABŞ Konqresinə qarşı üsyana təhrik etməsi iddiasına görə 2024-cü il Respublikaçılar Partiyasının ilkin prezident seçkiləri bülletenlərindən kənarda saxlanması üçün iki ştatın qərarları ilə mübarizə aparır.

Hal-hazırda Ali Məhkəmə Trampın ona qarşı çıxardığı qərarlara etirazlarını nəzərdən keçirməyə hazırlaşmır, lakin aşağı məhkəmələr işlərə baxdıqca bu, tez dəyişə bilər. Belə ki, Tramp, hökumət prokurorları və başqaları onlara qarşı hər hansı mənfi qərardan Ali Məhkəməyə şikayət edəcəklər.

Yüksək məhkəmə artıq Konqresin rəsmi prosesinə mane olmaqda - Baydenin Seçkilər Kollegiyasındakı qələbəsini təsdiqləməkdə ittiham olunan bir polis məmurunun işinə baxmağa razılaşıb ki, bu da Trampa təsir edə bilər. Polis iddia edir ki, prokurorlar adətən sənədləri və sübutları pozan insanlar üçün nəzərdə tutulmuş korporativ dələduzluq qanunundan yanlış istifadə ediblər.

Prokurorlar qanunu Konqresdə iğtişaşların 300-dən çox digər iştirakçısını ittiham etmək üçün tətbiq edib. Bu, xüsusi prokuror Cek Smit tərəfindən qaldırılan Vaşinqton işində Trampa qarşı iki ittihamın əsasını təşkil edir.

Tramp qanunsuz olaraq hiylə qurmaqla 2020-ci il seçkilərindəki məğlubiyyətini dəyişdirmək cəhdində ittiham olur.

Tramp iddia edir ki, onun təqibdən mütləq toxunulmazlığı var, çünki onun seçki ilə bağlı hər hansı hərəkəti hələ 2020-ci ilin sonu və 2021-ci ilin əvvəlində prezident olarkən baş verib. Prokurorlar iddia edir ki, bu, siyasi mübarizənin getdiyi bir neçə əsas ştatda əsas ştatlarda tərəfdaşları ilə əlbir olaraq, səsləri ləğv edib daha dörd il hakimiyyətdə qala bilmək üçün Baydeni dəstəkləyən əksəriyyətin iradəsini qeyri-qanuni şəkildə dəyişmək üçün vaxt çərçivəsidir.

Forum

XS
SM
MD
LG