Accessibility links

Siqaretdən istifadə azalsa da, veypinq və elektron siqaretə aludəlik artır


Yeni məlumatlar siqaret çəkilməsinin qlobal miqyasda azaldığını göstərsə də, Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, bu xoş xəbər elektron siqaret və veypinq cihazlarından istifadə, xüsusən də uşaqlar arasında həyəcanverici artımla çoxalır.

ÜST-nin sağlamlığın təşviqi üzrə direktoru Rudiger Kreç "Bu, son 4-5 ildə həyəcanverici bir artımdır. Buna görə də biz burada həyəcan təbili çalırıq. Bir neçə ölkədə biz elektron siqaretlərin və vapinq cihazlarının istifadəsində böyük artımlar görürük. Biz Böyük Britaniya və ABŞ-da 150% artım görürük, həmçinin uşaqlar arasında siqaret çəkənlərin ikirəqəmli sayında artım müşahidə edirik" deyib.

Kreç tütün sənayesini gənclərin gələcək nəslini yeni məhsullarla tanış edərək, onları tütünə bağlamaq üçün hiyləgər taktikalardan istifadə etməkdə günahlandırıb.

O deyib ki, onlar əslində 8 yaşındakı uşaqların elektron siqaretdən və ya siqaretdən istifadə etməsinə çalışırlar.

"Əgər hərəkətlərinizin ölümlə nəticələnəcəyini bilirsinizsə... Mən şəxsən bunun cinayət olduğuna inanıram" - deyə, o bildirib.

Milli sorğular göstərir ki, əksər ölkələrdə 13-15 yaşlı uşaqlar tütün və digər nikotin məhsullarından istifadə edir. ÜST hesab edir ki, hazırda 13-15 yaşlarında ən azı 37 milyon uşaq tütündən istifadə edir və "bir çox ölkə yeniyetmələr arasında da elektron siqaretdən istifadənin həyəcanverici səviyyələrini aşkar edib".

Bu tendensiya yeni məlumatların illərlə tütünlə mübarizə tədbirlərinin öz bəhrəsini verdiyini göstərdiyi bir vaxt güclənir. ÜST-ün məlumatına görə, dünyada 1,25 milyard yetkin insan tütündən istifadə edir.

ÜST-nin 2000-2030-cu illər arasında tütündən istifadənin yayılma tendensiyalarına dair qlobal hesabatındakı son hesablamalar dünyada tütündən istifadə nisbətlərinin davamlı olaraq azaldığını göstərir.

Məlumatlar göstərir ki, 2000-ci ildə hər üç nəfərdən biri ilə müqayisədə 2022-ci ildə dünyada hər beş yetkin insandan biri tütün istehlak edir.

“Ümumilikdə, 150 ölkə hazırda tütündən istifadədə azalma tendensiyasındadır, onlardan 56-sı artıq 2025-ci ilə qədər qlobal 30% azalma hədəfinə doğru addımlayır” , Kreç deyib.

ÜST tütün istifadəçilərinin ən çox yayılmasının Cənub-Şərqi Asiya regionunda 26,5%, Avropa regionunda isə 25,3% olduğunu bildirib. O qeyd edib ki, Avropa regionunda qadınlar arasında göstəricilər qadınlar üçün qlobal orta göstəricidən iki dəfə çoxdur.

Hal-hazırda hesabatda tütündən istifadənin ən sürətli azalmasının aşağı orta gəlirli ölkələrdə baş verdiyi, ən aşağı yayılma halının siqaret çəkmənin 2000-ci ildəki 18%-dən 2022-ci ildə 10%-in altına düşdüyü Afrika bölgəsində baş verdiyi bildirilir.

ÜST ölkələri tütünə nəzarət siyasətlərinin həyata tətbiqinə, o cümlədən tütünün vergiyə cəlb edilməsi, tütün reklamlarının qadağan edilməsi və satışın tənzimlənməsi yolu ilə tütün sənayesinə müdaxilə ilə mübarizə aparmağa çağırır.

ÜST bildirir ki, tütün dünyada qarşısı alına bilən ölüm və xəstəliklərin əsas səbəbidir. O, tütünün hər il təxminən 8 milyon erkən ölümə səbəb olduğunu və siqaretin xərçəng, ürək xəstəlikləri, insult, ağciyər xəstəlikləri və diabetə də səbəb ola biləcəyini bildirir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG