Accessibility links

Rusiya Ukraynaya 20 pilotsuz təyyarə və 3 ballistik raketlə hücumu edib


Ukrayna ordusunun bildirdiyinə görə, Rusiya çərşənbə günü gecə Ukraynanın bir çox bölgəsinə 20 pilotsuz təyyarə və 3 ballistik raketlə hücumu edib.

Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin Mikolayiv, Zaporijye, Dnepropetrovsk və Xarkiv vilayətləri üzərində 14 pilotsuz təyyarəni məhv etdiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı bildirib ki, Rusiya qüvvələri ilin əvvəlindən bəri Ukraynaya 600 döyüş təyyarə ilə hücum edib və 330-dan çox raket atıb.

Zelenski ölkəsini qorumaq üçün Ukraynanın adekvat “hava qalxanı”na malik olmaq çağırışını bir daha təkrarlayıb.

"Biz Ukraynanın səmasında nəzarəti təmin etməliyik ki, ön cəbhədən tutmuş, arxa cəbhədəki xəstəxanalara və məktəblərə qədər quruda təhlükəsizliyi təmin edə bilək" - deyə, Zelenski bildirib.

ABŞ kəşfiyyatının rəhbəri Uilyam Börns Konqresində Ukraynaya əlavə yardımın dayandırılması ilə bağlı yeni qiymətləndirməsində deyib ki, Rusiya ilə iki illik müharibə Birləşmiş Ştatların Kyivə dəstəyini dayandırması “tarixi ölçüdə” səhv olacaq.

Konqresdə Ukraynaya 60 milyard dollarlıq yeni yardımla bağlı səsvermə ABŞ-ın Meksika ilə sərhədində immiqrasiya nəzarətini gücləndirən qanunla əlaqələndirilib. Lakin yeni immiqrasiya qanununun təfərrüatları hələ həll olunmayıb və ümumi qanunvericilik 2024-cü il prezidentlik kampaniyası ilə üst-üstə düşün və bu, Ukraynaya əlavə yardımı şübhə altında alıb.

Forum

XS
SM
MD
LG