Accessibility links

Pentaqonun sözçüsü deyir ki, İranın dəstəklədiyi militantlara qarşı zərbələr "yaxşı effekt verib"


Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib ki, fevralın 2-də ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun dəstəklədiyi militantlara qarşı endirdiyi zərbələr "yaxşı nəticələr verib".

Prezident Co Bayden yanvarın 28-də İordaniyadakı Tower 22 bazasında üç ABŞ hərbçisinin ölümü və 40-dan çoxunun yaralanması ilə nəticələnən hücuma cavab olaraq zərbələr endirmək əmri verib. Hazırda ABŞ qüvvələri İŞİD-i məğlub etmək səylərinin bir hissəsi olaraq bölgədə qalmaqdadır.

ABŞ hərbi qüvvələri fevralın 2-də İraq və Suriyada 7 obyektə zərbələr endirib və 85-dən çox hədəfi vurub. Rayder bildirib ki, vurulan obyektlər arasında komanda və idarəetmə əməliyyat mərkəzləri, kəşfiyyat mərkəzləri, raketlər, pilotsuz uçuş aparatlarının saxlanması və logistikası və sursat təchizatı zəncirinin obyektlər olub.

"Vəziyyəti hələ də qiymətləndirməyə davam etsək də, hazırda yaxşı təsirlərə nail olduğumuzu və zərbələrin yeddi obyektdə 80-dən çox hədəfi məhv etdiyini və ya funksional şəkildə zədələdiyini deyə bilərik", general bildirib. O həmçinin əlavə edib ki, “ölənlərin sayı hələ də müəyyən edilir”.

Rayder vurğulayıb ki, zərbələr ABŞ-ın cavabının başlanğıcıdır. "İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) və ona bağlı militantların ABŞ və koalisiya qüvvələrinə hücumlarına görə cavabdeh tutulması üçün əlavə tədbirlər görüləcək", o qeyd edib.

O, ABŞ-ın Yaxın Şərqdə münaqişəyə can atmadığını, "lakin Amerika qüvvələrinə hücumlara dözümlü yanaşılmayacağını və ABŞ-ı müdafiə etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcəyik" - deyə, vurğulayıb.

Rayder həmçinin bildirib ki, 2 fevralda endirilən zərəblər fevralın 3-də həyata keçirilən koalisiya hücumlarından ayrıdır və fərqlidir.

Şənbə günü ABŞ qüvvələri Böyük Britaniya, Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Hollandiya və Yeni Zelandiyadan olan qüvvələrlə birlikdə Yəməndə Husilərin nəzarətində olan bölgələrdəki hədəfləri vurub

"Bu zərbələr Husilərin Qırmızı dənizdən qanuni şəkildə keçən ABŞ və beynəlxalq gəmilərə hücum etmək qabiliyyətini daha da sarsıtmaq və zəiflətmək məqsədi daşıyırdı" - deyə, Rayder bildirib.

Koalisiya qüvvələri Husilərin 36 hədəfini vuraraq, 13 məntəqəni hədəf alıb. Bunlara yeraltı silah anbarları, raket sistemləri və buraxılış qurğuları, hava hücumundan müdafiə sistemləri və radarlar daxildir. Rayder deyib ki, Husilərin bu imkanlardan bölgədəki beynəlxalq ticarət gəmiləri və hərbi gəmilərinə hücum etmək üçün istifadə ediblər.

Forum

XS
SM
MD
LG