Accessibility links

Təl-Əvivdə minlərlə insan etdiyi bir vaxt Netanyahu növbədənkənar seçki çağırışlarını rədd etdi


Şənbə günü minlərlə israilli hökumət əleyhinə etiraz aksiyası üçün Təl-Əvivdə toplaşdığı bir zaman İsrailin baş naziri Benyamin Netanyahu erkən seçkilərin keçirilməsi çağırışlarını rədd edib.

Oktyabrın 7-də HƏMAS-ın terror hücumundan sonra Qəzzada dağıdıcı İsrail-HƏMAS müharibəsi dövründə rəy sorğularında Netanyahunun populyarlığı aşağı düşüb.

2023-cü ilin çox hissəsi üçün ölkəni sarsıdan hökumət əleyhinə etirazlar müharibə zamanı xeyli dərəcədə səngidi. Şənbə gecəsi nümayişçilər yeni seçkilərə çağırışla yenidən Təl-Əviv küçələrinə çıxıblar. İsraildə növbəti seçkilərin keçirilməsi 2026-cı ilə qədər planlaşdırılmır.

Yerli medianın məlumatına görə, izdiham keçən ilki kütləvi etirazlardan xeyli az olub, iştirakçıların sayı bir neçə min nəfər olub.

"Hökumətə demək istərdim ki, vaxtınız olub, məhv edə biləcəyiniz hər şeyi məhv etdiniz. İndi xalqın bütün işləri, etdiyiniz bütün pislikləri düzəltmə vaxtıdır" - başı İsrail bayrağına bükülmüş bir etirazçı bildirib.

Netanyahudan keçirdiyi mətbuat brifinqində özünün hakim Likud partiyasının İsrail-HƏAS müharibəsi başa çatdıqdan sonra vaxtından əvvəl seçkilərin keçirilməsi çağırışları ilə bağlı sual verilib.

"Hazırda bizə lazım olan son şey seçkilər və seçkilərlə məşğul olmaqdır, çünki bu, bizi dərhal parçalayacaq. Hazırda birliyə ehtiyacımız var", deyə İsrail baş naziri bildirib.

Forum

XS
SM
MD
LG