Accessibility links

Co Bayden Keniya prezidenti Uilyam Rutonu may ayında Ağ Evdə qarşılayacaq


Prezident Co Bayden Keniya prezidenti Uilyam Rutonu may ayında Ağ Evdə qarşılamağı planlaşdırır. O, keçən il Afrikaya səfər edəcəyi vədindən sonra dövlət səviyyəsindəki görüçə ev sahibliyi edəcək.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, mayın 23-nə planlaşdırılan səfər ABŞ-Keniya diplomatik əlaqələrinin 60-cı ildönümünə təsadüf edəcək və hər iki ölkənin "xalqı üçün faydalı olan tərəfdaşlığı qeyd edəcək.

Bu, "sülh və təhlükəsizliyin inkişafı, iqtisadi əlaqələrimizi genişləndirmək və demokratik dəyərlərin müdafiəsində birlikdə dayanmaq üçün ortaq öhdəliyimizi gücləndirəcək" - deyə, Jan-Pyer bildirib.

Rutonun səfəri haqda məlumat Haitinin bu həftə Keniya polis qüvvələrinin orada çoxdan gözlənilən yerləşdirilməsini təmin etmək üçün Keniya rəsmiləri ilə rəsmi razılaşma üzərində işlədiyini elan etdikdən sonra verilib. Bu yaxınlarda hər iki ölkənin yüksək rütbəli rəsmiləri anlaşma memorandumu hazırlamaq və Şərqi Afrika ölkəsindən qüvvələrin Haitiyə yerləşdirilməsi üçün son tarix təyin etmək məqsədi ilə üç gün ərzində ABŞ-da görüşüb. J

Jan-Pyer əlavə edib ki, Keniyadan xaricdə Rutonun Vaşinqtona səfəri "Afrika rəhbərliyinin qlobal prioritetləri həll etmək üçün vacib olduğu" barədə "baxışı daha da gücləndirəcək".

Birinci xanım Cill Bayden keçən fevral ayında qitəyə beş günlük səfəri zamanı Keniyaya getmişdi. Ağ Ev həm Rutonun, həm də Keniyanın birinci xanımı Reyçel Rutonun Baydenlərlə birlikdə şam yeməyində iştirak edəcəyini təsdiqləyib.

Bayden 2022-ci ilin dekabrında demişdi ki, o, gələn il Afrikanın Böyük Səhraaltı ğlkələrinə səfər edəcək və o, son on ildə oraya səfər edən ilk ABŞ prezidenti olacaq.

Prezident Vaşinqtonda 49 liderin iştirak etdiyi ABŞ-Afrika Liderləri Sammitinin sonunda ABŞ-ın siyasi və maliyyə öhdəlikləri çərçivəsində qitənin strateji diqqət mərkəzində olacağını vəd edib.

Bayden İsrail və Vyetnama, eləcə də Ukraynaya səfərini təxirə salıbı. O, keçən ilin dekabr ayında BMT-nin Dubayda keçirilən iqlim dəyişikliyi konfransında iştirak etməli idi, lakin o öz yerinə vitse-prezident Kamala Harrisi göndərmişdi. Prezident Afrika səfəri də planlaşdırmamışdı.

Bayden hazırda noyabrda keçiriləcək seçkilərdə yenidən seçilmək istəyir, eyni zamanda İsrail-HƏMAS müharibəsi də daxil olmaqla, bir sıra aktual xarici təhlükəsizlik məsələləri ilə məşğul olur. O, Konqresdə Rusiya ilə müharibə şəraitində olan Ukraynaya xarici yardımla bağlı müzakirələri davam etdirir.

Forum

XS
SM
MD
LG