Birləşmiş Millətlər Təşkilatının bir sıra humanitar rəsmiləri xəbərdarlıq edibki, müharibə tezliklə dayandırılmasa, Qəzza zolağında münaqişə nəticəsində yaranan aclıq riski artacaq.
“Heç bir şey edilməsə, Qəzzada genişmiqyaslı aclığın demək olar ki, qaçılmaz olacağından qorxuruq və Qəzzada Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabr ayından bu yana təxminən 30 000 insanın həyatına son qoyan və 70 000-dən çox insanın yaralanmasına səbəb olan münaqişə qurbanlarının sayı daha da artacq”, BMT-nin humanitar ofisinin koordinasiya şöbəsinin direktoru Rameş Rajasinqam bildirib.
O, aclıqdan müharibədə silah kimi istifadə olunması ilə bağlı artan narahatlıqlar fonunda üzv Əlcəzair, Qayana, Sloveniya və İsveçrənin tələbi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib.
Rajasinqam Qəzzada ən azı 576000 insanın - əhalinin 25%-nin - aclığın bir addımlığında olduğunu və demək olar ki, bütün əhalinin sağ qalmaq üçün qeyri-kafi humanitar ərzaq yardımına güvəndiyini deyib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun köməkçisi Maurizio Martina müharibənin bütün ərzaq tədarükü zəncirinə təsirlərini izah edib. Fermerlər İsrail tərəfindən torpaqlarını boşaltmağa və ya məhsulu məhv edən mərmilərdən qaçmağa məcbur edilib; mal-qara və ev quşları aclıqdan və ya bombardmanlarda ölür; balıq ovu qadağandır; və qrunt suları çirklənir.
"Ən çox ehtimal olunan ssenaridə kənd təsərrüfatı istehsalı şimalda 2024-cü ilin mayına qədər çökəcək. Biz artıq bu çöküşün şahidi oluruq" - deyə, martina bildirib.
İclasdan əvvəl şuraya göndərilən ağ not kimi tanınan memorandumda BMT-nin humanitar məsələlər üzrə rəhbəri Martin Qriffits mövzu ilə bağlı 5 illik şura qətnaməsinə uyğun olaraq münaqişənin səbəb olduğu aclıq riski barədə məlumat verib.
“Qəzzada münaqişənin yaratdığı aclığın və geniş yayılmış ərzaq təhlükəsizliyinin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir”, o yazıb.
Qriffits atəşkəsə və şuranı öz təsirindən istifadə etməyə və yardımın Qəzzaya daxil olmasını asanlaşdırmaq, kommersiya mallarının əraziyə girişini bərpa etmək, mühüm infrastrukturu qorumaq və bərpa etmək üçün tədbirlər görməyə çağırıb.
İsrail Qəzzaya yardımın çatdırılmasına mane olduğunu və ya məhdudlaşdırdığını inkar edir.
İsrailin BMT-dəki elçisinin müavini Conatan Miller şuraya deyib: “İsrail gözləniləndən və tələb olunandan artıq mülki insanlara qayğı göstərmək üçün əlindən gələni edir. İsrail Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılmasına sadiqdir, çoxsaylı ölkələrdən və BMT agentliklərindən humanitar yardımın daxil olmasını təmin etmək üçün daim çalışır”.
Miller deyib ki, İsrail müharibə başlayandan bəri Qəzzaya 165 min ton ərzaq daxil olmaqla, 254 min ton yardım ləvazimatının çatdırılmasına şərait yaradıb. O, HƏMAS-ı yardımı yayındırmaqda, BMT-ni isə yardımı səmərəli şəkildə idarə etməkdə və bölüşdürməməkdə günahlandırıb.
Forum