Accessibility links

Bayden İsraili yaxın, Netanyahunu uzaq saxlayır


Bayden İsraili yaxın, Netanyahunu uzaq saxlayır
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Bayden İsraili yaxın, Netanyahunu uzaq saxlayır

Bayden İsraili yaxın, Netanyahunu uzaq saxlayırABŞ prezidenti Co Bayden İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatlarını dəstəkləməyə davam etsə də, İsrailin baş naziri Benyamin Netanyahu ilə məsafə saxlamağa çalışır. Liderlər arasında ölənlərin sayı və humanitar yardımla bağlı fikir ayrılığı ABŞ-ın İsrailin Qəzzada davranışına təsir etmək məqsədilə hərbi yardımı məhdudlaşdıra biləcəyi ilə bağlı fərziyyələrin artmasına gətirib çıxarıb.

İsrailin Qəzza zolağında apardığı hərbi kampaniya və onun fələstinli mülki əhaliyə təsiri beynəlxalq qınaqların diqqət mərkəzindədir

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell: “Yollar vasitəsilə dəstəyin təbii yolu bağlanıb, süni şəkildə bağlanıb. Aclıqdan isə müharibə aləti kimi istifadə edilir”.

İsrailin baş naziri Benyamin Netanyahu bunu qəbul etmir.

“Bu təzyiqlərin heç biri bizi dayandıra bilməz. İsrailin gələcəyi və mövcudluğu təhlükə altındadır”.

Lakin artan itkilər və qəzzalıların aclıq çəkməsi fonunda İsrailin ən sadiq dəstəkçisi olan prezident Co Baydenin səbri tükənir.

O, şənbə günü MSNBC kanalına müsahibə verib.

“İsrailin müdafiəsi hələ də mühümdür, ona görə də onların özlərini müdafiə etmək üçün Dəmir Qübbənin olmaması üçün bütün silahları kəsəcəyim qırmızı xətt yoxdur... amma qırmızı xətlər var ki, əgər onları keçsələr və...siz daha 30 min fələstinlinin zülm nəticəsində ölməsinə icazə verə bilməzsiniz....həll etməyin başqa yolları da var.”

Bayden İsrailin qurudan çox ehtiyac duyulan humanitar yardımın çatdırılmasını yavaşladan siyasəti də daxil olmaqla, Netanyahudan narazılığını getdikcə daha çox nümayiş etdirir.

Bu arada, ABŞ havadan yardım üçün digər ölkələrə qoşulub.

ABŞ hərbi qüvvələri yardımın dəniz yolu ilə Kiprdən çatdırılmasını təmin etmək üçün Qəzza sahillərində müvəqqəti liman yaratmaq məqsədilə Aralıq dənizinə doğru gedir.

Vaşinqton İsraili hərbi yardımla dəstəkləməyə davam edir.

Bununla belə, Netanyahu ABŞ-ın çağırışlarına qarşı çıxsa və bir milyondan çox fələstinlinin sığındığı Rəfaha müdaxilə etsə, Bayden İsrailə Amerika silahlarını göndərməyi saxlaya bilərmi?

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan: “Biz israillilərlə bu barədə danışırıq. Biz bunun üzərində işləyirik və mən bu podiumda dayanıb fərziyyələr irəli sürmək fikrində deyiləm.”

ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində Bayden İsrail tərəfdarlarının səslərini respublikaçılara vermək fürsətindən qaçmaq istəyir.

Lakin o, eyni zamanda, proqressiv demokratların, gənc seçicilərin, müsəlman və ərəb amerikalıların İsraili dəstəklədiyinə görə ondan üz çevirməsinin qarşısını almalıdır.

Beləliklə də Bayden HƏMAS-ın 7 oktyabr hücumlarından sonra ilk günlərdə Netanyahunu dəstəkləsə də, indi ondan uzaqlaşır.

Con Hopkins Universitetinin təhlilçisi Laura Blumenfeld: “Bu, Bibinin (Netanyahunun) bir növ siyasi amputasiyasıdır.”

Baydenin hərəkətləri həm daxili, həm də xarici siyasət məqsədlərindən irəli gəlir.

Con Hopkins Universitetinin təhlilçisi Laura Blumenfeld: “Netanyahunu və Baydenin zəhərli hərbi siyasətlər kimi gördüklərini İsrail dövlətindən ayırmaq, ki, o [Bayden] mənəvi tərəfi qurban vermədən siyasi instinkti olaraq İsraili dəstəkləməyə davam edə bilsin.”

Bu yaxınlarda İsrailin müharibə kabinetinin üzvü Benni Qantz Demokrat qanunvericilər, vitse-prezident Kamala Harris və digər yüksək səviyyəli ABŞ rəsmiləri tərəfindən qəbul edilib. Bu, populyar mərkəzçi siyasətçinin İsrailin növbəti baş naziri olacağı təqdirdə administrasiyanın dəstəyinin əlamətidir.

Lakin Baydenin Netanyahuya münasibətinin dəyişməsinin prezidentin Qəzza ilə bağlı siyasətindən qəzəblənən amerikalıları sakitləşdirmək üçün kifayət edib-etməyəcəyini zaman göstərəcək.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG