Accessibility links

Blinken döyüşlərin dayandırılması və Qəzzada humanitar yardımın artırılması üçün Yaxın Şərqə səfər edib


Britaniyanın çərşənbə günü Qəzza zolağına yeni ərzaq yardımı göndərildiyini elan etdiyi vaxt ABŞ rəsmiləri gələn həftə Vaşinqtonda İsrail rəsmiləri ilə danışıqlardan əvvəl humanitar yardımın artırılması və yeni atəşkəs əldə edilməsinə çalışır.

İngiltərə Xarici İşlər Nazirliyi 2000 ton ərzaqın İordaniyanın köməyi ilə Qəzzaya keçdiyini və Ümumdünya Ərzaq Proqramı tərəfindən paylanıldığını bildirib. Böyük Britaniyanın Xarici İşlər Naziri David Kameron verdiyi açıqlamada "Əzablara son qoymaq üçün Qəzzaya yardım axınını davam etdirməyimiz çox vacibdir və buna görə də ÜƏP tərəfindən bu son yardım çox vacibdir" deyib.

ABŞ Dövlət katibi Antoni Blinken bu həftə Səudiyyə Ərəbistanı və Misirdə danışıqlar aparmağa hazırlaşır. Qəzzada döyüşlərin dayandırılması, fələstinli yaraqlılar tərəfindən ələ keçirilən girovların azad edilməsi, Qəzzaya yardımın çatdırılması üçün beynəlxalq səylərin artırılması və müharibədən sonra Qəzzada idarəetmə, təhlükəsizlik və yenidənqurma məsələlərinin həlli üzərində iş gündəmdədir.

Döyüşlər davam edərkən, ABŞ rəsmiləri İsrailin bir milyondan çox fələstinlinin sığındığı Qəzza-Misir sərhədi boyunca yerləşən Rəfahda hücum planından dəfələrlə narahat olduqlarını bildirib.

ABŞ Müdafiə Nazirliyi çərşənbə axşamı günü axşam saatlarında müdafiə naziri Lloyd Austinin Rəfahda insanların təhlükəsizliyini təmin etmək planları ilə bağlı Pentaqonda danışıqlar üçün gələn həftə İsrailin müdafiə naziri Yoav Qallantı qəbul edəcəyini açıqlayıb.

Gündəmdəki digər mövzular arasında girovların azad edilməsi üçün səylər və Qəzzaya daha çox humanitar yardımın göndərilməsi zərurəti daxildir.

İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı İsrail millət vəkillərinə deyib ki, o, ABŞ prezidenti Co Baydenlə telefon danışığında İsrailin “Rəfahdakı batalyonların məhv edilməsini başa çatdırmaqda qərarlı olduğunu və bunu davam etdirməkdən başqa heç bir yol yoxdur”.

Ağ Evin yüksək rütbəli rəsmiləri Vaşinqtonda İsrailin yüksək rütbəli hərbi, kəşfiyyat və humanitar məmurlarını görüşlər keçirməyə hazırlaşır.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bu görüşlərin gələn həftənin əvvəlində baş tutacağını bildirib. Jan-Pyer çərşənbə axşamı jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar müvəqqəti atəşkəs və girovların azad edilməsi üzrə razılığa nail olmaq üzərində daim çalışır və İsrail Qəzzanın şimal və cənubuna humanitar yardımın “maneəsiz çıxışını” təmin etmək üçün daha çox iş görməlidir.

Noyabrda bir həftəlik atəşkəsdən sonra beş aydan çox davam edən döyüşlərdə yalnız ikinci yeni altı həftəlik atəşkəs nəzərdən keçirilir.

Bundan əlavə, münaqişədə yeni fasilə İsrail tərəfindən həbs edilən onlarla fələstinlinin Qəzzaya daha çox ərzaq və humanitar yardım göndərilməsi müqabilində HƏMAS tərəfindən saxlanılan qalan 100-ə yaxın girovdan 40-a yaxınının azad edilməsinə səbəb ola bilər.

HƏMAS rəsmilərindən biri deyib ki, təklif olunan pakt İsrail qüvvələrinin “bütün şəhərlərdən və məskunların yerləşdirildiyi ərazilərdən” çəkilməsini tələb edir.

“Lakin təfərrüatlar hələ həll olunmayıb və danışıqlar günlər və ya bir neçə həftə çəkə bilər”, rəsmilər deyib. Danışıqlar artıq həftələrlə uzadılıb və heç bir qərar verilməyib.

Forum

XS
SM
MD
LG