Accessibility links

Yellen İsrailə hücumdan sonra İrana qarşı yeni sanksiyalar barədə xəbərdarlıq edib


“İranın həftə sonu İsrailə hücumu, Qəzza, Livan, Yəmən və İraqdakı yaraqlı qruplara maddi dəstəyi regionda və onun hüdudlarından kənarda geniş iqtisadi təsirlərə səbəb ola bilər” - deyə, maliyyə naziri Canet Yellen çərşənbə axşamı bildirib.

Yellen deyib ki, Maliyyə Nazirliyi “İran rejiminin bədxah və sabitliyi pozan fəaliyyətini pozmağa davam etmək üçün sanksiyalar səlahiyyətimizdən istifadə etmək üçün müttəfiqlərimizlə işləməkdən çəkinməyəcək”.

Yellen Beynəlxalq Valyuta Fondu və Dünya Bankının bu həftə yaz görüşlərindən əvvəl danışıb.

Birləşmiş Ştatlar İranı öz etibarlı dövlətlərindən və qlobal iqtisadi sistemlərindən təcrid etmək üçün uzun müddətdir sanksiyalardan istifadə edir.

İranın şənbə günü hücumu aprelin 1-də Dəməşqdəki konsulluğuna ölümcül zərbəyə cavab idi və Tehran buna görə İsraili günahlandırır.

İran 300-dən çox pilotsuz təyyarə və raket buraxıb. İsrail ordusunun dediyinə görə, onların əksəriyyəti vurulub və heç bir ölüm qeydə alınmayıb. Bu, İranın İsrailə öz torpağından ilk hücumu olub.

Artan gərginlik beynəlxalq ictimaiyyəti münaqişəni alovlandırmamaq üçün çağırışlara səbəb olub.

2023-cü il oktyabrın 7-də HƏMAS İsrailə hücum edərək, 1200 nəfəri öldürüb və İsrailin məlumatlarına görə, 250-yə yaxın insanı girov götürüb.

HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyinin məlumatına görə, o vaxtdan bəri İsrailin Qəzzaya hücumu nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 33 mindən çox fələstinli həlak olub.

Yellen açıqlamasında Qəzzada fələstinlilərin iztirablarına son qoymaq üçün təcili addım atmağa çağırıb və qeyd edib ki, HƏMAS üzərində iqtisadi təzyiqlər Qəzzada aclıq astanasında olan köçkünlərə yardıma mane olmamalıdır.

"Bu görüşlərdə bizim hamımızın borcumuzdur ki, bu iztirablara son qoymaq üçün əlimizdən gələni edək", nazir bildirib.

Yellen vurğulayıb ki, Vaşinqton İodan çayının qərb sahilində israilli məskunların zorakılığını aradan qaldırmaq üçün də sanksiyalardan istifadə edir.

Forum

XS
SM
MD
LG