Accessibility links

Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib


ABŞ dövlət katibi Antoni Blinken cümə günü Birləşmiş Ştatların İsrailin səhər tezdən İrana qarşı hava hücumunda iştirak etmədiyini deyib və hücumdan qısa müddət əvvəl Vaşinqtonun İsrailin planlarından xəbərdar olması barədə xəbərləri təsdiqləməkdən imtina edib.

"Gördüyünüz xəbərlərə görə, mən ABŞ-ın heç bir hücum əməliyyatında iştirak etmədiyini söyləməkdən başqa bu barədə danışmayacağam" - deyə, o, Böyük Yeddilər (G7) qrupunun xarici işlər nazirlərinin İtaliyanın Kapri adasında keçirilən iclasından sonra mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "G7" əsasən fikrini regionda daha geniş müharibədən qaçılmasına yönəldib.

Blinken "Siz İsraili misli görünməmiş bir hücuma məruz qaldığını gördünüz. Lakin bizim diqqətimiz, əlbəttə ki, İsrailin özünü effektiv şəkildə müdafiə edə biləcəyinə əmin olmaq, eyni zamanda gərginliyi azaltmaq və münaqişədən qaçmaq üzərinə yönəlib" deyib.

İclasa sədrlik edən İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib ki, ABŞ "G7" tərəfdaşlarına İsraildən atacağı addımla bağlı "son dəqiqə" məlumat aldığını bildirib.

"G7" bülletenində Blinken və digər xarici işlər nazirləri İsrailə endirdiyi zərbələrə görə, İrana qarşı yeni sanksiyalar planlarını açıqlayıb və gərginliyin azaldılmasına çağırıb. Belə görünür Tehran hələ ki, buna məhəl qoymur.

İsrailin keçən gecə endirdiyi zərbələr belə görünür, aprelin 13-də İranın İsrailə atdığı yüzlərlə pilotsuz təyyarə və raketinə cavabdır. Əksəriyyəti ABŞ və İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, regional müttəfiqlərin yardımı ilə qarşısı alınıb və heç bir insan itkisinə səbəb olmayıb. Bu, İranın itkiləri məhdudlaşdırmaq üçün zərbələri planlı şəkildə endirdiyini və ya Ağ Evin təkzib etdiyi qabaqcadan xəbərdar etdiyini göstərir.

Cümə günü İrana edilən hücumlar məhdud görünür. İtkilər barədə məlumat verilməyib.

ABŞ Prezidenti Co Bayden İsraili təmkinli olmağa və İranın hücumlarından sonra eskalasiyaya yol verməməyə çağırıb. Onun administrasiyası "G7"-də daxil olmaqla, müttəfiqləri və tərəfdaşları ilə "hərtərəfli cavab" mövzusunda koordinasiya edir.

Forum

XS
SM
MD
LG