Accessibility links

Rusiyanın hücumu nəticəsində Xarkiv vilayətində 8 uşaq yaralanıb


Ukraynanın şimal-şərqindəki Xarkiv vilayətində rusların atdığı bombaların idman kompleksinin yaxınlığındakı oyun meydançasına düşməsi nəticəsində azı səkkiz uşaq yaralanıb.

Hadisənin baş verdiyi Dergaçi şəhəri tez-tez Rusiya hava hücumlarının hədəfinə çevrilir.

Polis bombaların idman mərkəzinin yaxınlığındakı biznesə düşdüyünü və bunun yanğına səbəb olduğunu bildirib.

Dörd uşaq orta-ağır, qalanları yüngül xəsarət alıb, bu barədə vilayət polis idarəsinin rəisi Oleq Sinegubov Telegram-da məlumat verib. Yaşlı bir kişi də yaralanıb.

"Nəticələr daha faciəli ola bilərdi", Sinegubov milli televiziyaya müsahibəsində deyib. Dergaçi Rusiya ilə sərhədə yaxın ərazidə yerləşir. Onun yerləşdiyi Xarkov bölgəsi uzun müddətdir ki, Rusiyanın hücumlarının hədəfi olub, lakin son aylarda hücumlar daha intensiv xarakter alıb, mülki və enerji infrastrukturuna zərbə vurub.

Forum

XS
SM
MD
LG