Accessibility links

Niderlandlı iştirakçı finala saatlar qala Avroviziyadan uzaqlaşdırılıb


Niderlandın Avroviziya Mahnı Müsabiqisindəki iştirakçısı şənbə günü keçiriləcək finaldan saatlar öncə yarışmadan uzaqlaşdırılıb. Mahn müsabiqəsi onsuz da İsrailin iştirakı ilə bağlı etirazlarla sarsılıb.

Müsabiqənin təşkilatçısı Avropa Yayım İttifaqı bildirib ki, İsveç polisi niderlandlı ifaçı Cust Kleinə qarşı “heyətin qadın üzvü tərəfindən edilən şikayəti” araşdıdır. Təşkilatçı bildirib ki, hüquqi proses aparıldığı bir vaxtda, Kleinin Malmoda keçirilən tədbirdə iştirak etməsi uyğun olmazdı.

Avroviziyanın şüarı “musiqi ilə birləşənlər” olsa da, bu ilki tədbir son dərəcə bölücü olub. Belə ki, İsrailin iştirakı Fələstin tərəfdarı böyük nümayişlərə səbəb olub və etirazçılar Qəzza zolağındakı müharibədəki davranışı səbəbilə İsrailin uzaqlaşdırılmalı olduğunu bildirib.

26 yaşlı niderlandlı müğənni və repçi olan Klein “Europapa’ mahnısı ilə pərəstişkarlarının sevimlisi idi.

O, cümə günü iki kostyum yoxlamasında iştirak etməyib və Avropa Yayım İttifaqı bir “insident”lə bağlı araşdırma apardığını bildirib. İnsidentin İsraili təmsil edən komanda ilə əlaqəsi olduğuna dair şayiələr gəzsə də, təşkilatçılar insidentin “heç bir başqa ifaçı və ya komanda üzvü ilə əlaqəsi” olmadığını bildirib.

Müsabiqəni birgə maliyyələşdirən və yayımlayan onlarla ictimai yayımçıdan biri olan Niderlandın AVROTOS yayımçı bildirib ki, “diskvalifikasiyanı qeyri-mütənasib hesab edir və qərardan şokdadır.”

“Biz bundan çox təəssüflənirik və daha sonra bu mövzuya qayıdacağıq,” AVROTOS açıqlamasında bildirib.

Minlərlə insan şənbə günü İsveçin üçüncü böyük şəhəri və böyük müsəlman əhalisi olan Malmonun mərkəzinə toplaşaraq bu həftə artıq ikinci dəfədir İsraili bpykot etməyə və yeddi aydır dacam edən müharibədə atəşkəsə çağırıblar.

Forum

XS
SM
MD
LG