Accessibility links

ABŞ Çinin Tayvan boğazında keçirdiyi hərbi təlimlərə görə “dərindən narahatdır”


ABŞ Dövlət Departamenti şənbə günü Birləşmiş Ştatların Çinin Tayvan boğazı və Tayvan ətrafında keçirdiyi hərbi təlimlərdən “dərindən narahat” olduğunu bildirib və Çini təmkinlə hərəkət etməyə çağırıb.

“Normal, rutin və demokratik keçiddən hərbi təxribatlar üçün bəhanə kimi istifadə etmək eskalasiya riskini artırır və onilliklər ərzində Tayvan boğazında sülh və sabitliyi qoruyub saxlayan uzunmüddətli normaları pozur,” Dövlət Departamentinin bəyanatında deyilir.

Departament bəyanatı Çinin Tayvan ətrafında iki günlük müharibə təlimlərini sonlandırmasından sonra yayıb. Həmin təlimlər zamanı Çin bombardmançılarla hücumları simulyasiya edib və gəmilərə minmə məşqləri keçirib. Tayvan şənbə günü onları “açıq-aşkar təxribat” adlandıraraq qınayıb.

Demokratik şəkildə idarə olunan Tayvanı öz ərazisi olduğunu iddia edən Çin “Birgə Qılınc-2024A” təlimlərə Pekinin “separtçı” adlandırdığı Lai Çinq-tenin Tayvanın prezident seçilməsindən üç gün sonra başlayıb.

Pekin təlimlərin Mainin bazar ertəsi inaqurasiya çıxışında Tayvan boğazının iki tərəfinin “bir-birinə tabe olmadığını” deməsinə görə “cəza” olduğunu bildirib. Çin bunu onların ikisini iki ayrı ölkə kimi elan etməsi olaraq görüb.

Forum

XS
SM
MD
LG