Accessibility links

ABŞ prezident seçkiləri kampaniyaları Tramp məhkəməsi ətrafında


ABŞ prezident seçkiləri kampaniyaları Tramp məhkəməsi ətrafında
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Münsiflər ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı cinayət işində qərarın müzakirəsini edirlər. O, 2016-cı il president seçkilərinin nəticələrinə təsir etmək üçün porno aktrisaya edilmiş ödənişlərlə bağlı qeydlərin saxtalaşdırılmasında ittiham edilir.

Son altı həftə ərzində Donald Tramp ona qarşı irəli sürülən ittihamların siyasi olduğu barədə şikayətlənib.

Donald Tramp, Respublikaçıların prezidentliyə namizədi: “Bizim ölkə tarixində heç vaxt buna bənzər şey olmayıb. Bu, fırıldaqdır. İndiyədək görünməyən səviyyədə seçkiyə müdaxilədir.”

Prezident Co Baydenin seçki kampaniyası əksər hallarda rəqibinin məhkəməsi ilə bağlı şərhlərdən çəkinib. Amma bu həftə Bayden kampaniyası məhkəmənin yaxınlığında aktyor Robert De Niro ilə bərabər jurnalistlərin önünə çıxıb.

Rober De Niro, aktyor: “Tramp 2016-cı ildə namizəd olanda, zarafat kimi görünürdü. “Bu təlxək prezident olmaq istəyir? Yox, bu heç zaman baş verməyəcək.” Biz ciddiyə alınmayan digər klounların nəticədə qəddar diktatorlara çevrilməsi ilə bağlı tarix dərslərini unutmuşuq. Trampın halında bizim ikinci şansımız var və indi heç kim ona gülmür.”

Trampın müşaviri Ceyson Miller deyir ki, bu, Trampın haqlı olduğunu göstərir.

Ceyson Miller, Donald Trampın müşaviri: “Baydenin adamları nəhayət bunu etdilər. Aylar ərzində burada siyasi heç nəyin olmadığını dedikdən sonra onlar prezident Trampın məhkəmə günündə aşağı Manhettendə seçki tədbiri keçiriblər.”

De Niro Baydenin seçki reklamını səsləndir və Trampın 2020 seçkilərində məğlubiyyətindən sonra hakimiyyət uğrunda mübarizədə getdikcə daha təhlükəli olduğunu deyir.

Trampın seçki kampaniyası deyir ki, Bayden seçicilərin diqqətini öz uğursuzluqlarından yayındırmağa çalışır.

Karolin Livit, Tramp seçki kampaniyasının sözçüsü: “Çünki Co Bayden zəifdir. Acınacaqlı vəziyyətdədir. O, demokratiyaya təhlükədir. Yalnız ədliyyə sisteminin siyasiləşdirməklə yox, həm də geniş açıq sərhədlərlə bu ölkəni qeyri-qanuni insanların – terrorçuların, cinayətkarların qəsb etməsinə imkan verməklə. İqtisadiyyatımız dağılmış vəziyyətdədir. Biz Üçüncü Dünya Müharibəsinin astanasındayıq. Amerikalıları bu məsələlər narahat edir.”

PBS News Hour/NPR/Marist sorğusu amerikalı seçicilərin əksəriyyətinin məhkəməni izləmədiyini deyir. Münsiflər Trampın təqsirli olub-olmadığını haqda qərar üçün müzakirələrdədir. Təqsirli olduğu halda o, Amerika tarixində məhkumluğu olan ilk prezident və ya prezidentliyə namizəd olacaq.

Forum

XS
SM
MD
LG