Accessibility links

Sloveniya hökuməti Fələstin dövlətinin tanınmasını dəstəkləyir


Fələstin bayrağı Lyublyana şəhərindəki hökumət binasının üzərində Sloveniya və Aİ bayraqları ilə yanaşı dalğalanır. 30 may 2024-cü il.
Fələstin bayrağı Lyublyana şəhərindəki hökumət binasının üzərində Sloveniya və Aİ bayraqları ilə yanaşı dalğalanır. 30 may 2024-cü il.

Sloveniya Baş naziri Robert Qolobun məlumatına görə, Sloveniya hökuməti müstəqil Fələstin dövlətinin tanınnmasına çağıran təklifi təsdiqləyib. Qərar parlament tərəfindən təsdiq olunmalıdır, ancaq Qolobun partiyası çoxluq təşkil etdiyi üçün səsvermənin formal xarakter daşıyacağı gözlənilir.

“Bu gün hökumət Fələstini müstəqil və suveren ölkə kimi tanımağa qərar verib,” Qolob Lyublyanada keçirilən mətbuat konfransında deyib. O həmçinin girovların azad edilməsinə və İsraillə HƏMAS arasında döyüşlərə son qoyulmasına çağırıb.

“Bu, sülh mesajıdır,” o deyib.

İsrail xarici işlər naziri İsrael Katz X-də yazıb ki, Sloveniyanın addımı “HƏMAS-I qətlə görə mükafatlandırır,” və o, Slovernya parlamentini tövsiyyəni rədd etməyə çağırıb.

Solveniya tanınma prosesini mayın əvvəlində başlatsa da, ölkə Qəzzadakı böhranın yaxşılaşmasını gözlədiyini bildirmişdi. İsrailin 1 milyondan çox fələstinlinin ərazidən qaçması ilə nəticələnən Rəfaha hücumlarından sonra Qolob prosesi sürətləndirib.

Sloveniya hökuməti həmçinin Lyblyanadakı binası üzərində Fələstin bayrağını dalğalandırıb. Yeni flaq Sloveniya və Aİ bayrağının yanında dalğalanır.

Bu həftənin əvvəlində İspaniya, İrlandiya və Norveç rəsmi olaraq Fələstin dövlətini tanıyıb. Bu isə İsrailin qəzəbli reaksiyasına səbəb olub. İsveç, Kipr, Macarıstan, Çex Respublikası, Polşa, Slovakiya, Rumıniya və Bolqarıstan da daha əvvəl Fələstin dövlətini tanıyıb. Malta, Britaniya və Avstraliyanın da bunu edəcəyi gözlənilir. Sloveniya 27 Aİ ölkəsi arasında Fələstin dövlətini tanıyan 10-cu ölkə olacaq.

Çərşənbə axşamı Danimarka parlamenti Fələstin dövlətini tanımağı rədd edib. Həm Almaniya, həm də ABŞ məsələyə iki dövlətli həll yolunun dialoq vasitəsilə mümkün olduğunu iddia edərək, birtərəfli yanaşmanı rədd edib. Fransa bildirib ki, indi Fələstin dövlətini tanımağın vaxtı deyil.

İsraillə HƏMAS arasında münaqişə oktyabrın 7-də HƏMAS-ın İsrailə, İsrail rəsmilərinin dediyinə görə, 1200 nəfərin ölümü, 250-dən çox insanın girov götürülməsi ilə nəticələnən hücumundan sonra başlayıb. İsrailin əks-hücumu isə, Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 36 100-dən çox fələstinlinin ölümü ilə nəticələnib

Forum

XS
SM
MD
LG