Accessibility links

Ukrayna Rusiyanın Dneprə raket hücumu nəticəsində 7 nəfərin yaralandığını bildirir


Arxiv fotosu - Rusiyadakı təlim poliqonunda hərbi təlim zamanı Rusiyanın "İskəndər-K" raketinin buraxılış anı. Foto Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin fevralda təqdim etdiyi videodan götürülüb, 19 fevral 2022.
Arxiv fotosu - Rusiyadakı təlim poliqonunda hərbi təlim zamanı Rusiyanın "İskəndər-K" raketinin buraxılış anı. Foto Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin fevralda təqdim etdiyi videodan götürülüb, 19 fevral 2022.

Ukrayna rəsmiləri çərşənbə axşamı Rusiyanın Dnipro şəhərinin mərkəzinə raket hücumu etməsi nəticəsində ən azı 7 nəfərin yaralandığını bildirib. Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, bölgədə iki “İsgəndər-K” qanadlı raketi vurulub.

Regionun qubernatoru Serhiy Lısak Telegram-da bildirib ki, vurulan raketlərin dağıntıları yaşayış binalarına və xəstəxanaya ziyan vurub.

Ukrayna hərbçiləri həmçinin Çerniqov vilayəti üzərində iki pilotsuz təyyarənin məhv edildiyini bildiriblər. Lakin xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Rusiya Müdafiə Nazirliyi isə çərşənbə axşamı Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv etdiyini bildirib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib ki, Ukraynanın Yasnıye Zori kəndində kamikadze dronundan istifadə edərək hücumu avtomobili vurub, lakin xəsarət alan olmayıb.

Sülh Konfransı

Bu arada, ABŞ-ın vitse-prezidenti Kamala Harris və milli təhlükəsizlik müşaviri Ceyk Sullivan iyunun 15-də İsveçrədə keçiriləcək Ukrayna sülh konfransında iştirak edəcəklər.

Vitse-prezidentin kommunikasiyalar üzrə direktoru Kirsten Allen bildirib ki, Harris ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyü, eləcə də BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhü təmin etmək səylərini dəstəkləmək öhdəliyini vurğulamaq üçün İsveçrəyə səfər edəcək.

Bəyanatda bildirilir ki, Harris ABŞ-ın Rusiyanın davam edən təcavüzünə qarşı özünü müdafiə edən Ukrayna xalqına dəstəyini bir daha təsdiq edəcək.

Kreml dəfələrlə bildirib ki, Ukraynada sülhün təmin edilməsi ilə bağlı istənilən danışıqlara Rusiya da cəlb olunmalıdır. Rusiya sammitə dəvət edilməyib.

Forum

XS
SM
MD
LG