Accessibility links

Bayden Normandiya əməliyyatının ildönümündə: Qərb Ukraynanı tək qoymayacaq


ABŞ Prezidenti Co Bayden cümə günü müttəfiq qüvvələrin Normandiya əməliyyatının 80-ci ildönümünü qeyd edərək, Birləşmiş Ştatlar və NATO-nun Rusiyanın iki ildir davam edən hərbi müdaxiləsinə qarşı mübarizədə Ukraynaya dəstəyindən əl çəkməyəcəyinə söz verib.

Fransanın Kolvil-sur-Mer şəhərində danışan Bayden deyib ki, “biz” Ukraynanı müdafiə etməkdən “geri çevrilməyəcəyik” və “zalımlara təslim olmayacağıq”.

ABŞ lideri Ukraynaya “dominantlıq niyyətində olan tiran” olaraq təsvir etdiyi Rusiya prezidenti Vladimir Putinin hərbi müdaxilə etdiyini və demokratiyanın hazırda İkinci Dünya Müharibəsindən bu yana heç vaxt olmadığı qədər risk altında olduğunu bildirib.

“Bunu bilin, biz zalımlara baş əyməyəcəyik, onlara təslim ola bilmərik, bu, sadəcə olaraq ağlasığmazdır. Əgər bunu etsək, azadlıq əsarət altına alınacaq, bütün Avropa təhdid altında qalacaq”, deyərək Bayden İkinci Dünya Müharibəsindən sonra yaranan qlobal dünya nizamına geniş dəstəyini irəli sürüb.

"Zalımlara təslim olmaq, diktatorlara boyun əymək sadəcə ağlasığmazdır", Bayden Normandiyadakı Amerika qəbiristanlığında keçirilən mərasimdə deyib. "Əgər bunu etsək, bu o deməkdir ki, biz bu müqəddəs çimərliklərdə baş verənləri unutmuş olacağıq."

Normandiya əməliyyatı tarixdəki ən böyük dəniz desant əməliyyatıdır və Bayden bunu "ittifaqların, real ittifaqların bizi necə gücləndirdiyinin güclü təsviri" adlandırıb.

O, bunun "Amerikalıların heç vaxt unutmayacağına dair dua etdiyim bir dərs olduğunu" söyləyib.

Bayden, Normandiya əməliyyatında iştirak edən İkinci Dünya Müharibəsi veteranlarını salamlayıb. Onların bəziləri əlil arabalarında, bəziləri də 100 yaşından böyük olub.

"Siz dünyanı xilas etdiniz" Bayden bir veterana deyib. O, hər bir veteranı bir-bir salamlayaraq, onlara xüsusi hazırlanmış sikkə hədiyyə edib.

Baydenin çıxışı onun 2024-cü il seçkisində beş il əvvəl Neptun əməliyyatının 75-ci ildönümündə çıxış edən Respublikaçı Donald Trumpa qarşı seçki kampaniyası apardığı bir vaxta təsadüf edib.

ABŞ-ın Qərbin əsas hərbi ittifaqı olan NATO-ya bağlılığının zəruriliyini tez-tez sual edən Tramp 2019-cu ildəki çıxışında Normandiya çimərliklərinə enən əsgərləri alqışlasa da, müharibədən sonra yaranan qlobal ittifaqları tərifləməyib.

Tramp tez-tez ÜDM-nın 2 faizini müdafiəyə xərcləməyən NATO-nun avropalı üzvlərinə hücum edib.

Bayden, administrasiyasının qlobal ittifaqlar qurmasını böyük nailiyyət kimi təsvir edib. O, bu yaxınlarda Time jurnalına deyib ki, Tramp ABŞ-ın müttəfiqlərini “sadəcə olaraq tərk etmək istəyir” və keçmiş prezidentin seçiləcəyi təqdirdə ölkəni NATO-dan çıxaracağına işarə edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu məhkəmədə etiraz edib: "Diktator Əliyevi dəstəkləməyin"
please wait

No media source currently available

0:00 0:11:47 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG