Birləşmiş Ştatlar Əfqanıstanda Taliban hakimiyyəti tərəfindən “haqsız yerə” saxlanıldığını iddia etdiyi üç amerikalının azad edilməsi üçün bütün səyləri göstərəcəyini vəd edib.
Saxlanılanlar Rayan Korbett, Mahmud Həbibi və Corc Qlezmann 2022-ci ildə Talibanın Əfqanıstanın paytaxtında yenidən hakimiyyətə gəlməsindən təxminən bir il sonra Kabildə ayrı-ayrı insidentlərdə nəzarətə götürülüb.
ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Tomas Uest iki kişinin əsir götürülməsinin ikinci ildönümündə "Mənim düşüncələrim və dualarım bu gün Rayan Korbett, Mahmud Həbibi və onların ailələri ilədir. Biz onları və Corc Qlezmannı ailələrinə qaytarmaq üçün hər cür səy göstərəcəyik” deyib.
ABŞ prezidentinin girovlarla bağlı xüsusi nümayəndəsi Rocer Karstens X-də qeyd edib ki, Rayan, Mahmud və Qlezman “çox uzun müddətdir həbsdədir və onların ailələri ağlasığmaz ağrılara dözür”.
Humanitar işçi Korbett 2022-ci ilin avqustunda nəzarətə götürülüb. O, ailəsi ilə birlikdə Əfqanıstanda yaşayıb və ABŞ-ın rəhbərlik etdiyi Qərb qoşunlarının geri çəkilməsindən sonra 2021-ci ilin avqustunda ölkənin Taliban tərəfindən ələ keçirildiyi vaxt evakuasiya edilb. Korbett 2022-ci ildə Əfqanıstana qayıdıb və Taliban tərəfindən saxlanılıb, lakin ailəsinin dediyinə görə, heç bir cinayətdə ittiham olunmayıb.
Foley Fondunun məlumatına görə, Qlezman 5 dekabr 2022-ci ildə Talibanın kəşfiyyat xidmətləri tərəfindən ələ keçirilərkən Əfqanıstanda qanuni turist kimi səfərdə olub.
ABŞ Federal Təhqiqat Bürosu Həbibinin 10 avqust 2022-ci ildə Əfqanıstan paytaxtında evinin yaxınlığında avtomobili və sürücüsü ilə birlikdə aparıldığını bildirib.
Forum