Accessibility links

Gənclərin səsi Harris, yoxsa Trampı Ağ Evə göndərəcək?


Gənclərin səsi Harris, yoxsa Trampı Ağ Evə göndərəcək?
please wait

No media source currently available

0:00 0:03:02 0:00

ABŞ-dakı seçicilərinin arasında gənclərin sayı artmaqdadır və bu da noyabrda keçiriləcək ümumilli seçkilərdə mühüm rol oynaya bilər. Hətta bu secicilər ABŞ tarixində ilk qadın prezidentin seçilməsinə səbəb ola bilər, əlbəttə ki, onlar səs verməyə getsələr.

Gənclər üçün Alyansından Rudy Garrett bildirir ki, "Gənclərin hazırda olduqca çox məyusluq yaşamalarının səbəbi odur ki, onlar dəyişikliyin öz icmalarında görmək istədikləri sürətlə baş verdiyini görmürlər."

Lakin vitse-prezident Kamala Harrisin Demokratlar partiyasından prezidentliyə namizəd olmasından sonra seçkilərə getməklə bağlı yaranan həyəcanda nəzərəçarpacaq bir dəyişiklik oldu.

ABŞ Prioritetlərindən Nik Ahamedin fikrincə "Xüsusilə gənc seçicilərin arasında artan say çox böyük idi, biz bir gecədə gənc seçicilərin səsvermə niyyətində 5 faizlik artım gördük".

19 yaşlı Celeste Galvez bu dəyişiklikdən enerji alanlardan biridir: "Mən ilk əvvəl səs verməyi planlaşdırmırdım. Amma indi o [Prezident Co Bayden] gedib və Kamala namizədliyini irəli sürüb, mən qadın prezidentimiz ola biləcəyi yeni dünyaya qədəm qoyduğum üçün daha çox həyəcanlıyam. Mən indi siyasətlə bağlı həyəcanlıyam".

Bu həyəcan yeni seçicilərin qeydiyyatında artıma çevrildi. Vote.org xəbər verir ki, Co Baydenin istefa verdiyini elan etdikdən sonra yeddi gün ərzində 100.000-dən çox adam səsvermə üçün qeydiyyatdan keçib. 18-34 yaş arası seçicilər bu yeni qeydiyyata düşənlərin təxminən 85%-ni təşkil edir.

Lakin prezidentlik yarışındakı fərqlər bir-birinə çox yaxın olaraq qalmaqdadır. Respublikaçılar partiyasından prezidentliyə namizəd olan keçmiş prezident Donald Trampa üstünlük verən bərabər sayda seçilər var ki, onların çox hissəsini gənc oğlanlar təşkil edir.

Nik ahmed deyir ki, "Çox sayda insan ABŞ iqtisadiyyatının onlar faydalı iş gördüynü düşünmür. Bilirsiniz, Demokratlar Prezident Baydenin yaratdığı çox sayda iş yerləri haqqında danışanda, onlar özlərini bu çərçivədə görmürlər".


26 yaşlı Frenki Rassel də onlardan biridir: "Mənim yaşıdlarımın diqqətini qazanmaq istəyirsənsə, onlara xitab etməlisən. Eyni iddialarla seçkiyə gedə bilmərsən. "Aşağı vergilər", "Biz sadəcə vergiləri aşağı saldıq" iddiaları, silah və inancla davam edə bilməzsən. Bu yetərli deyil, bizim başqa şeylərə də ehtiyacımız var. Bizə Amerika Birincidir siyasəti lazımdır ümumilikdə. Yeni mühariblər yox, pulu xaricə göndərməmək, onu içəridə saxlamaq".

Gənclər üçün Alyansından Rudy Garrett bildirir ki, "Məyusluq apatiyaya bərabər deyil. Gənclər əslində siyasətdə nə baş verdiyini anlayırlar. Onlar baş verənlərlə maraqlanırlar. Onlar sadəcə olaraq görmək istədikləri dəyişikliyin seçki prosesində iştirak etməklə həyata keçirildiyini görmürlər. Ancaq düşünürəm ki, son bir neçə həftə ərzində baş verən dəyişiklik mütləq yeni bir trayektoriya yaratdı".

Bu trayektoriyanın seçki qutusuna qədər uzanıb-uzamayacağı hələlik məlum deyil, lakin bəlli olan odur ki, noyabrda gənc seçicilər gözardı edilməməlidir.

Forum

XS
SM
MD
LG