Accessibility links

ABŞ bazasında mühafizəçilərlə yoldan keçən avtomobil arasında atışma olduğu bildirilir


ABŞ Hava Qüvvələrinin mühafizəçiləri şənbə günü erkən saatlarda San-Antonio-Lakland birgə bazasının girişində iki dəfə atəş açan şəxslə atışma aparıb. Bu barədə bazanın sözçüsü məlumat verib.

“Yoldan keçən bir maşından qapıya doğru açıldı, və bizim təhükəsizlik qüvvələrimiz cavab verdi,” sözçü Stefani Antoş açıqlamada bildirib. “Obyektə heç bir təhlükə yoxdur. Heç bir xəsarət, tələfat yoxdur.”

Antoş deyib ki, San Antonio polisi atışma ilə bağlı istintaq aparır. Poois ilk atışmanın gecə təxminən 2:15-də baş verdiyini bildirib.

“Təhlükəsizlik personalı bildirib ki, onlar bir neçə dəfə atəş açıldığını eşidib və güllələr onların yanlarından keçib,” serjant Vaşinqton Moskoko press-relizdə bildirib. “Bu insidentdən sonra təhlükəsizlik işçiləri ehtiyat tədbiri olaraq daha çox silahlı mühafizəçi əlavə edib.”

Moskoko deyib ki, daha sonra 4:30-dan sonra eyni girişin yaxınlığında bir maşın dayanıb.

“Hava qüvvələrinin təhlükəsizlik personalına qarşı ikinci dəfə atəş açılıb, ancaq bu dəfə əlvə təhlükəsizlik işçiləri olub və Hava Qüvvələrinin bir neçə personalı şübhəli maşına doğru cavab atəşi açıb,” Moskoko bildirib.

Maşın daha sonra qaçıb. Moskoko deyib ki, xəsarət alanların olmadığı bildirilib və atışma ilə bağlı istintaq aparılır.

Antoşun dediyinə görə, neçə güllənin atıldığı, nüçə nəfərin atəş açdığı və ya onların motivlərinin nə olduğu məlum deyil.

Antoşun məlumatına görə, atışmadan sonra giriş bir neçə saat boyunca bağlı qalıb, daha sonra isə səhər saat təxminən 9:30-da geri açılıb, amma baza bağlanmayıb.

Forum

XS
SM
MD
LG