Accessibility links

BAEA: Zaporijye AES-də təhlükəsizlik vəziyyəti pilotsuz təyyarələrin hücumundan sonra pisləşib


Zaporijye AES-də nüvə təhlükəsizliyi vəziyyəti zavodun ərazisindəki yola pilotsuz təyyarənin zərbəsindən sonra pisləşir.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Qrossi deyib.

Rusiya teleqram kanalları şənbə günü səhər saatlarında pilotsuz təyyarənin AES ərazisi yaxınlığındakı yola sursat atdığını bildirib. Fotoşəkillərə görə, zərbə güclü olmasa da, asfaltda onlarla kvadrat santimetr ölçüsündə çuxur yaranıb.

Ukrayna və Rusiya hələ Qrossinin mesajlarını şərh etməyiblər.

Bu həftənin çərşənbə axşamı günü Beynəlxalq Atom Enerjisi Agentliyi avqustun 11-də baş vermiş yanğın nəticəsində zədələnmiş Zaporijye Atom Elektrik Stansiyasında soyuducunun ilkin qiymətləndirilməsi barədə məlumat verib. Agentlik qeyd edib ki, onun nümayəndələri Rusiya hərbçilərinin nəzarətində olan stansiyada zədələnmiş obyektə baxış keçiriblər, lakin yanğının səbəbi ilə bağlı yekun nəticələr hələlik verilməyib.

Moskva və Kyiv yanğınla bağlı bir-birini ittiham edib. Rusiya hakimiyyəti buna Ukrayna Silahlı Qüvvələrinin pilotsuz aparat hücumu nəticəsində baş verdiyini iddia edir. Ukrayna mümkün səhlənkarlıq və ya yanğın törədilməsini əsas gətirərək Rusiya tərəfini günahlandırıb.

Forum

XS
SM
MD
LG