Sabiq Prezident Barak Obama çərşənbə axşamı doğma şəhəri olan Çikaqoda Demokratlara müraciət edərək, dedi ki, Kamala Harris noyabr ayında keçiriləcək prezident seçkisində Donald Trampa qarşı mübariə aparmaq üçün doğru seçimdir.
Sabiq Prezident Barak Obama doğma şəhəri Çikaqoda keçirilən Demokratların Milli Qurultayında çıxış etdi.
“Amerika yeni səhifəyə hazırdır. Amerika daha yaxşı hekayəyə hazırdır. Biz Prezident Kamala Harrisə hazırıq,” Obama dedi.
Obama Harrislə onun respublikaçı rəqibi, sabiq Prezident Donald Tramp arasında birbaşa müqayisə apardı.
“Kamala Harris diqqətini öz problemlərinə yönəltməyəcək. O diqqəti sizin problemlərə yönəldəcək. Prezident olaraq o, təkcə öz tərəfdarlarını məmnum edib, üzüyünü öpməkdən və ya diz çökməkdən imtina edənləri cəzalandırmayacaq. O, hər amerikalı üçün işləyəcək – Kamala budur,” o dedi.
Obamanı həyatı yoldaşı Mişel təqdim etdi. O, dedi ki, Harrisin qısa seçki kampaniyası Demokratları onu seçmək üçün daha çox iş görməyə həvəsləndirməlidir.
“Biz bu ölkənin Kamala kimi birini seçib-seçməyəcəyi ilə bağlı naratlığa qapılmamalıyıq, bunun əvəzinə biz Kamala kimi birinin seçilməsi üçün əlimizdən gələni etməliyik,” sabiq birinci ledi Mişel Obama dedi.
Demokratların bu ayın əvvəlində nominasiya prosesini yekunlaşdırmalarına baxmayraq, ştatların formal olaraq nominasiyaların elan etmələri Demokratların yeni namizədləri ilə bağlı həvəslərini əks etdirdi.
Harris deleqatlara Viskonsin ştatının Milvoki şəhərindən təşəkkürünü bildirdi.
Qurultayda həmçinin Harrisin həyat yoldaşı da çıxış etdi. O, Harrisi şən döyüşçü adlandırdı.
“O haradan gəldiyimizdən, necə göründüyümüzdən asılı olmayaraq, qorxduğumuz şeyə qarşı deyil, inandığımız şey uğrunda mübarizə apardığımız zaman güclü olduğumuza dair inamla rəhbərlik edəcək,” Doq Emhoff dedi.
Qurultayın ikinci gecəsində həmçinin Tramp administrasiyasının keçmiş üzvləri və Harrisi dəstəkləyən Respublikaçı rəsmilər də iştirak etdi.
“Tramp çox sayda iddialı vədlər etdi: qeyri-məhdud iqtisadi artım, Amerikada istehsalın yenidən artması, təhlükəsiz sərhəd. Amma belə çıxdı ki, Tramp boş-boş danışırdı,” Respublikaçı mer Con Cayls deyir.
Çərşənbə günü Minnesota qubernatoru Tim Valz Çikadoda deleqatlar qarşısında çıxış edərək, rəsmi olaraq partiyanın vitse-prezidentliyə nominasiyasını qəbul edəcək.
Forum