Accessibility links

Ukraynanın Müstəqillik günündə Ukrayna və Rusiya arasında hücumlar davam edib


Kyiv Moskvanın tammiqayslı hərbi müdaxiləsindən bəri üçüncü Müstəqillik Gününü qeyd etdiyi bir vaxtda, şənbə günü Rusiya və Ukrayna bir-birində dron, raket və artilleriya ilə hücumlar edib.

Bölgə prokurorunun məlumatına görə, Rusiya qüvvələri Ukraynanın cənubunda qismən işğal olunan Xerson bölgəsinin paytaxtı olan Xerson şəhərini atəşə tutması nəticəsində bir qadın ölüb, bir kişi isə yaralanıb.

Ukrayna hava qüvvələri ölkənin cənubu üzərində yeddi dronu məhv etdiyini bildirib. Rusiyanın uzun-mənzilli bombardmançı təyyarələri də Zmiiyni (İlan) adasının ərazisinə dörd qanadlı raketlə hücum edib, Xerson bölgəsinə havadan bombalar atılıb.

Rusyada Müdafiə anzirliyi şənbə günü bildirib ki, hava hücumundan müdafiə sistemləri gecə yeddi dronu vurub.

Ölkənin cənub-qərbində Ukrayna ilə sərhədə yerləşən Voronej bölgəzi üzərində beş dron vurulub. Nəticədə iki nəfər yaralanıb. Bu barədə bölgə qubernatoru Aleksandr Qusev məlumat verib. Astra xəbər agentliyi sursat anbarının dronla vurulmasından sonra partlayışın baş verdiyini göstərən videolar paylaşıb. Videolar müstəqil şəkildə təsdiq olunmayıb.

Qubernator Vyaçeslav Qladkov deyib ki, Ukrayna ilə sərhəddə yerləşən Belqorod regionuna dron hücumunda iki nəfər yaralanıb. Beçinci dronun vurulduğu Bryansk regionun rəsmiləri orada xəsarət alanların olmadığını bildirib.

Ukrayna qüvvələrininin iki həftə əvvəl Rusiyaya gözlənilməz müdaxiləyə başladıqları Kursk bölgəsininin qubernatoru Aleksey Smirnov deyib ki, gücə üç raket, şənbə səhər isə dörd dron vurulub.

Rusiya Müdafiə nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemləri şənbə səhər, biri Kursk bölgəsi, digəri isə Bryansk bölgəsi üzərində olmaqla, əlavə iki dronu vurub.

Forum

XS
SM
MD
LG