Accessibility links

İsrailin son təxliyə əmri Qəzza zolağına yardımları dayandırıb


Birləşmiş Millətlər Təşkilatı bildirib ki, İsrail ordusunun son təxliyə əmri Qəzza zolağına yardım əməliyyatlarını dayandırıb.

BMT-nin yüksək rütbəli rəsmisi jurnalistlərə deyib: “Bu səhərdən etibarən biz Qəzzada fəaliyyət göstərmirik. Bazar günü İsrail Müdafiə Qüvvələri Qəzzanın cənubundakı Rəfahın boşaldılması əmrindən sonra BMT-nin may ayında əsas əməliyyatlarını yerinə yetirdiyi Qəzzanın mərkəzindəki Deyr əl-Bəlahın hissələri üçün yeni təxliyə əmrləri verib.

Birləşmiş Millətlər Təşkilatına görə, evakuasiya əmri bu ay ərzində verilən 16-c əmrdir. Vəziyyətin həssaslığına görə, adının açıqlanmasını istəməyən rəsmi BMT-nin beynəlxalq və fələstinli heyəti, himayəsində olan bir neçə yüz insanı və avadanlığını İsrailin təhlükəsiz zona kim təyin etdiyi Əl-Mavasi bölgəsinə köçürməsi üçün cəmi bir neçə saat vaxtı olduğunu deyib. Bəzi işçilər anbarda yatır.

Rəsminin bildirdiyinə görə, BMT o qədər tez getməli olub ki, bəzi avadanlıqlar geridə qalıb. Rəsmi deyib ki, onlar bazar ertəsi geri qayıda bilməyiblər, çünki İDF əraziyə daxil olub. Rəsmi bildirib ki, BMT indi əməliyyatlarını “yenidən bərpa etmək” biləcək təhlükəsiz yer axtarır.

BMT-nin hesablamalarına görə, Qəzzanın təxminən 86%-i İsrailin evakuasiya əmri altındadır və bu, 2 milyondan çox insanı çox az xidmətlərin olduğu əraziyə köcməyə vadar edir.

Fələstinli qaçqınlara yardım edən BMT agentliyi UNRWA-nın iki rəsmisi bazar ertəsi Qəzzanın mərkəzindən bildiriblər ki, son evakuasiya əmrinə baxmayaraq, onların agentliyi icmalara bəzi sağlamlıq xidmətləri göstərməkdə davam edir.

UNRWA həmçinin Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Beynəlxalq Uşaqlara Təcili Yardım Fondu (UNİCEF) ilə birlikdə şənbə günü başlayacaq və ikiqat dozalı peyvəndlərlə Qəzzada 640 000 uşağa çatdırılmasını hədəfləyən geniş poliomielit peyvəndi kampaniyasında əsas oyunçu olacaq.

Virus keçən ay Xan Yunis və Deyr əl-Balahdan ətraf mühit nümunələrində aşkar edilib və ən azı bir hadisə 10 aylıq bir uşaqda təsdiqlənib. Bu, Qəzza zolağında son 25 ildə ilk hadisədir.

Forum

XS
SM
MD
LG