Accessibility links

Yekun hesabat: İran prezidenti Rəisinin helikopter qəzasına hava şəraiti səbəb olub


İranın dövlət televiziyası hadisə ilə bağlı yekun araşdırma hesabatına istinadən bazar günü bildirib ki, İran prezidenti İbrahim Rəisinin həlak olduğu helikopter qəzasına ilk növbədə sıx dumanlı hava şəraiti səbəb olub.

Ali dini lider Ayətullah Əli Xameneyinin potensial varisi kimi görünən sərtxətt tərəfdarı olan İran prezidenti İbrahim Rəisi may ayında onun vertolyotunun Azərbaycan sərhədi yaxınlığındakı dağlıq ərazidə qəzaya uğraması nəticəsində həlak olub.

İranın dövlət televiziyasının məlumatına görə, “Helikopterin qəzaya uğramasının əsas səbəbi regionda mürəkkəb hava şəraiti olub”, yekun hesabatda deyilir.

İran ordusunun insidentin araşdırılması ilə məşğul olduğu yüksək komitənin yaydığı hesabatda deyilir ki, qatı duman kütləsi Rəisi və yoldaşlarını daşıyan helikopterin dağa çırpılmasına səbəb olub.

İran ordusunun may ayında verdiyi ilkin hesabatda deyilirdi ki, istintaq zamanı heç bir səhv və ya hücum dəlili aşkar edilməyib.

Forum

XS
SM
MD
LG