Accessibility links

Filippində fırtına tələfata səbəb olub


Bazar ertəsinə keçən gecə Filippinin şimalında bir çox əraziləri su altında qoyan fırtına torpaq sürüşmələrinə səbəb olub. Nəticədə azı doqquz adam ölüb.

Səlahiyyətlilər əhalinin sıx məskunlaşdığı paytaxt bölgəsində dərsləri və hökumət işlərini dayandırmağa məcbur olub.

Meteorologiya bürosunun məlumatına görə, Yagi tropik qasırğası bazar ertəsi Manilanın cənub-şərqi Quezon əyalətindəki İnfanta şəhərindən saatda 115 kilometr sürətlə şimal-şərqdə, günorta saatlarında isə sürəti saatda 75 kilometrə çatan davamlı küləklərlə müşayiət edilib.

Yerli dildə Entenq adlanan fırtına Luzonun şimal bölgəsinin şərq sahilləri yaxınlığında saatda 15 kilometr sürətlə şimal-qərbə doğru irəliləyib. Dağlıq əyalətlərdə mümkün daşqınlar və sürüşmələr barədə xəbərdarlıq qüvvədədir.

Bazar ertəsi paytaxtın qərbində yerləşən Rizal əyalətinin Antipolo şəhərindəki yamacda iki kiçik ev torpaq sürüşməsinə məruz qalıb və nəticədə hamilə qadın da daxil olmaqla, azı üç nəfər həlak olub.

Təbii fəlakətlərin azaldılması üzrə işçi Enrilito Bernardonun sözlərinə görə, daha dörd kənd sakini dərələrdə boğulub.

Milli polisin sözçüsü, polkovnik Jan Fajardo jurnalistlərə Filippinin mərkəzində fırtınanın yaratdığı torpaq sürüşmələri nəticəsində daha iki nəfərin öldüyünü, on nəfərin isə yaralandığını bildirib.

Polisin bildirdiyinə görə, sel sularının bir neçə icmanı basması ilə Camarines Sur əyalətindəki Naqa şəhərində iki sakin ölüb. Səlahiyyətlilər elektrik cərəyanı səbəbi ilə ölüm də daxil edilməklə, ölümlərin hava ilə əlaqəli olub-olmadığını araşdırır.

Fırtına xəbərdarlığı əhalinin ən sıx məskunlaşdığı Luzonun böyük bir hissəsini əhatə edir. Xəbərdarlıq səviyyəsi o cümlədən fırtına səbəbindən bütün məktəblərin və əksər hökumət işlərinin dayandırıldığı paytaxt Manilada qaldırılıb.

Paytaxt yaxınlığındakı Marikina çayının izdihamlı sahilləri boyunca səhər saatlarında sirenlər səslənib, güclü yağışlar səbəbindən çayın səviyyəsinin qalxması və məcrasını aşması ehhtimalına görə minlərlə sakinə təxliyəyə hazırlaşmaq barədə xəbərdarlıq edilib.

Fırtınanın vurduğu bir neçə limanda dəniz nəqliyyatı müvəqqəti olaraq dayandırılıb, 3300-dən çox bərə sərnişini və yük işçisi qapalı vəziyyətdə qalıb, fırtınalı hava səbəbindən bir neçə ölkədaxili reyslər dayandırılıb.

Yağışlar həmçinin Manilanın şimalındakı Bulacan əyalətindəki İpo bəndində suyun səviyyəsinin daşqın səviyyəsinə yaxınlaşmasına səbəb olub.

"Sakit Okean Od Halqası"nda yerləşən Filippində hər il təxminən 20 tayfun və fırtına baş verir.

2013-cü ildə dünyanın ən güclü tropik siklonlarından biri olan “Haiyan” tayfunu 7300-dən çox insanın ölümünə və ya itkin düşməsinə səbəb olmuş, bütün kəndləri yerlə-yeksan etmiş, gəmiləri quruya çıxarmış və Filippinin mərkəzi hissəsində 5 milyondan çox insanı didərgin salmışdı.

Forum

XS
SM
MD
LG