Sentyabrın 7-də səhər saatlarında rus ordusu “Shahed” dronları ilə Kyivi vurub. Ukrayna mediası və Teleqram kanalları xəbər verir ki, şəhərdə iki silsilə partlayış səsi eşidilib.
Kyiv administrasiyasının rəhbəri Sergey Popkonun sözlərinə görə, bütün pilotsuz təyyarələr məhv edilib. İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.
Kyiv Şəhər Hərbi Administrasiyasının məlumatına görə, dağıntılar dörd ünvanda, o cümlədən yaşayış binasının həyətində qeydə alınıb. Açıq ərazidə 50 kvadratmetr sahədə yanğın baş verib və tez sönüb. Bundan əlavə, dronların qalıqları Dnepr bölgəsində uşaq bağçasının ərazisinə düşüb.
Sentyabrın 7-də səhər Rusiya pilotsuz təyyarəsinin endirdiyi zərbədən sonra onlardan birinin qalıqları Ali Radanın binası yaxınlığında tapılıb.
Ukrayna parlamentinin mətbuat xidməti bildirir ki, “heç bir dağıntı aşkar edilməyib”.
Dərc edilmiş fotoşəkillər göstərir ki, vurulmuş pilotsuz təyyarənin qalıqları Radanın qarşısındakı meydandadır.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, sentyabrın 7-nə keçən gecə Rusiya ordusu ölkə ərazisinə 67 “Shahed” tipli pilotsuz uçan aparatı havaya qaldırıb. Onlardan 58-i vurulub. Gecə saatlarında Ukraynanın on bir vilayətində həyəcan təbili çalınıb. Rusiya tərəfi hücumla bağlı şərh verməyib.
Forum