Qəzzada müharibə atəşkəs razılaşmasının əldə edilməsi ilə bağlı irəliləyişə əlamət olmayaraq 12-ci ayına daxil oldu.
Qəzzada şənbə günü azı 16 fələstinli öldürülüb, İordan çayının Qərb sahilində öldürülən ABŞ vətəndaşının ailəsi müstəqil araşdırma aparılmasını tələb edib.
İsrail və HƏMAS arasında, həmçinin İslami Cihadla Qəzza zolağında döyüşlər davam edib. İsrail hava qüvvələri və quruda qoşunlardan, HƏMAS və müttəfiqləri isə tank əleyhinə raketlərdən və minaatan bombalardan istifadə edib.
İordan çayının Qərb sahilində Fələstin tərəfdarı nümayiş zamanı cümə günü İsrail əsgərləri tərəfindən öldürülən türk əsilli amerikalı Ayşenur Ezgi Eyginin ailəsi şənbə günü müstəqil araşdırma tələb edib. Ağ Ev də həmçinin araşdırmaya çağırıb.
Şahidlərin sözlərinə görə, fəal kimi təsvir edilən 26 yaşlı Eygi İsrail qüvvələrinə heç bir təhlükə yaratmadan və əvvəlki toqquşmalardan sonra sakitliyin olduğu vaxt vurularaq öldürülüb.
İsrail hərbi qüvvələri etiraz aksiyası zamanı “qüvvələrə daş atan və onlara təhlükə yaradan zorakılıq fəaliyyətinin əsas təhrikçisinə atəşlə cavab verdiyini” bildirib.
Eygi İsrail ordusunun İordan çayının Qərb sahilində 10 günlük əməliyyatdan sonra Cenindən və oradakı qaçqın düşərgələrindən geri çəkilərkən həlak olub.
Cenindəki qarşıdurmalarda əməliyyat zamanı 39 fələstinlidən 21-nin öldürüldüyü bildirilib.
Münaqişə HƏMAS-ın oktyabrın 7-də İsrailə təxminən 1200 nəfərin ölümü və 250 nəfərin girov götürülməsi ilə nəticələnən hücumundan sonra başlayıb.
Fələstin səhiyyə rəsmilərinin bildirdiyinə görə, o vaxtdan bəri İsrailin cavab tədbirləri nəticəsində İordan çayının Qərb sahilində 700-ə yaxın fələstinlini öldürüb. İsrail Müdafiə Qüvvələri öldürülənlərin əksəriyyətinin miltantlar olduğunu bildirib. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, İordan çayının Qərb sahilindəki qurbanların əksəriyyəti kişilərdir.
HƏMAS-ın idarə etdiyi Qəzza zolağında səhiyyə nazirliyinin məlumatına görə, İsrailin əks-hücumları nəticəsində 41 min fələstinli ölüb. Səhiyyə nazirliyi ölənlərin əksəriyyətinin qadınlar və uşaqlar olduğunu bildirir. Qəzza zolağında təxminən 340 əsgərini itirən İsrail ölənlərin əksəriyyətinin döyüşçülər olduğunu bildirib.
ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və digər ölkələr HƏMAS-ı terror qruplaşması kimi tanıyıb.
Forum