Şənbə günü Rusiya ilə Ukrayna arasında böyük məhbus mübadiləsi baş verib. Ümumilikdə 206 məhbus sərbəst buraxılıb. Rəsmilərin dediyinə görə, bu, Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində iki ölkə arasında son iki gündə baş tutan ikinci məhbus mübadiləsidir.
Prezident Volodimir Zelenski deyib ki, geri gətirilən 103 ukraynalının hamısı ordu üzvüdür – onlardan 81 əsgər, 21- zabitdir.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, qaytarılan 103 rus əsgər Ukrayna qüvvələrinin avqust ayında gözlənilməz müdaxilə etdiyi Kurks bölgəsində əsir götürülüb.
“İnsanlarımız evlərindədir,” Zelenski Telegram-da yazıb. “Biz daha 103 döyüşçünü uğurlu bir şəkildə Rusiyanın əsirliyindən Ukraynaya geri qaytardıq.”
Zelenski mavi və sarı bayrağa bürünmüş hərbi qulluqçuların şəklini paylaşıb.
Mübadiləyə BƏƏ vasitəçilik edib. Bu barədə BƏƏ-nin WAM xəbər agentliyi məlumat verib. Xəbər agentliyinin bildirdiyinə görə, bu, 2024-ci il başlayandan bəri səkkizinci dəfədir ki, BƏƏ məhbus mübadiləsinə vasitəçilik edir.
Kyiv və Moskva Rusiaynın 2022-ci ilin fevralında başlatdığı tammiqyaslı hərbi müdaxiləsindən bəri bir neçə dəfə məhbus mübadiləsi aparıb. Şənbə günü baş tutan məhbus mübadiləsi isə Ukraynanın Kursk rügionunda müdaxiləsindən bəri üçüncüdür.
Ukrayna rəsmiləri daha öncə bildirib ki, qoşunları müdaxilə zamanı ən azı 600 rusiyalı əsgəri ələ keçirib və bu, onlara ələ keçirilən ukraynalıların sərbəst buraxılmasını təmin etməyə kömək edəcək.
Ukraynanın ombudsmanı Dmitro Lubinets deyib ki, azad edilən ukraynalıların çoxu hərbi müdaxilənin ilk günlərindən Rusiyanın əsirliyində olub.
O, Telegram-da hərbi qulluqçıların avtobus önündə “Yaşasın Ukrayna” şüarını səsləndirdikləri video paylaşıb.
Lubinets deyib ki, Kyiv indiyədək 52 mübadilə çərçivəsində 3672 ukraynalının geri qaytarılmasını təmin edib.
Forum