Accessibility links

Mərkəzi Avropa ölkələri güclü daşqınlara hazırlaşdığı bir vaxtda, Rumıniyada 5 nəfər ölüb


Rumıniya. 14 sentyabr, 2024.
Rumıniya. 14 sentyabr, 2024.

Fövqəladə hallar rəsmilərinin bildirdiyinə görə, Rumıniyanın şərqində baş verən leysan yağışları nəticəsində beş nəfər həyatını itirib. Yağışlar daşıqlara və yüzlərlə insanın ilişib qalmasına səbəb olub.

Xilasedicilər ən çox ziyana məruz qalan Qalati və Vslui mahallarında insanları qurtarmağa çalışır. Fövqəladə Hallar İdarəsi bildirib ki, Peçea, Draquseni, Kostaş Negri və Korodda uç yaşlı qadın və iki kişinin cəsədi tapılıb.

Rəsmilər daha sonra əlavə edib ki, qurbanlardan biri iki gün öncə həyatını itirib və “hava şəratiti səbəbilə ölməyib.”

Fövqəladə hallar səlahiyyətliləri xilasedicilərin insanları palçıqlı sularda qayıqlarla evakuasiya etdiklərini və yaşlı insanları təhlükəsiz yerlərə daşıdıqlarını göstərən görüntülər paylaşıb.

Daşqının ən çox təsirinə Qalati məruz qalıb. Orada 5000 evə ziyan dəyib. Axtarış və xilasetmə işlərinə yardım etmək üçün Black Hawk helikopteri göndərilib.

Rumıniyanın 18 mahalının 19 qəsəbəsində fırtına baş verib. Güclü küləklər nəticəsində düşən ağaclar maşınlara ziyan vurub, yolları bağlayıb. Rəsmilər sankinlərə pis hava şəraiti ilə bağlı xəbərdarlıq mesajları göndərib.

Şənbə günü yerli vaxtda gündüz saat 1-ə olan məlumata görə, Daxili İşlər nazirliyinin daşqınların təsirinə məruz qalan icmalara göndərilən 700 personalı 250 nəfəri evakuasiya edib.

Rumıniyanın ətraf mühit naziri Mirsea Feşet Associated Press-ə bildirib ki, daşqının ən çox təsirinə məruz qalan bəzi yerlərdə hər bir metr əraziyə 160 litrdən çox yağış yağıb ki, bu, onun dediyinə görə, çox nadir rast gəlinən bir haldır.

Rumıniya Prezidenti Klaus İohannis qurbanların ailələrinə başsağlığını çatdıraraq Facebook-da yazıb ki, “Biz ekstremal hava şəraitini qabaqcadan proqnozlaşdırmaq imkanlarımızı gücləndirməyə davam etməliyik.”

Mərkəzi Avropa güclü daşqınlara hazırlaşır

Fırtınalı hava şəraiti həftə sonu bir neçə mərkəzi Avropa ölkəsi, o cümlədən Çexiya, Polşa, Avstriya, Almaniya, Slovakiya və Macarıstanda güclü daşqınların olacağı gözlənildiyi bir vaxta təsadüf edir.

Çex Respublikasında şənbə günü ölkə boyu onlarla ərazidə çay suları təhlükəli səviyyəyə çatıb, bir neçə şəhər və kənddə evlər və yolları su basıb.

Ölkənin ikinci ən böyük şəhəri Brnodakı xəstəxana onlarla vətəndaşın təhlükəsiz ərazilərə köçməsi səbəbilə təxliyyə edilməli olub. Aşan ağaclar və daşqınlar ölkə boyu onlarla dəmir yolunun da bağlanmasına səbəb olub.

Qonşu Avstriyada rəsmilər şimal-şərq Aşağı Avstriya vilayətində 24 kəndi fəlakət zonası elan edib və sakinləri təxliyə etməyə başlayıb.

Leysan yağışlar həmçinin Avstriyanın paytaxtında Danube çayında suyun səviyyəsinin kəskin artmasına səbəb olub.

Bundan əlavə şənbə günü Moldovada da leysan yağışlar yağıb. Rəsmilərin dediyinə görə, fövqəladə hallar işçiləri orada onlarla insanın evindən sel sularını təmizləməyə çalışıb.

Polşada şənbə günü Nisa çayının ətəyində yerləşən Nisa şəhərinin yaxınlığındakı iki kənddən onlarla insan ehtiyat tədbiri olaraq təxliyə edilib. Orada metereoloqlar misli görünməmiş dərəcədə yağışın yağacağını proqnozlaşdırıblar və ərazidəki bəzi çaylarda suyun səviyyəsi kəskin artıb.

Hava dəyişikliyi regionda sentyabr ayının əvvəlində isti hava şəraitinin müşahidə olunmasından sonraya təsadüf edib. Alimlər bu il Yer kürəsində ən isti yayın keçdiyi qeydə alıblar.

İnsanların səbəb olduğu iqlim dəyişikliyinin nəticəsi olan daha isti atmosfer intensiv yağışların artmasına gətirib çıxara bilər.

Forum

XS
SM
MD
LG