ABŞ qanunvericiləri Vladimir Kara-Murzanı Kapitolidə qəbul edərək, Rusiya fəalının keçən ay Kreml həbsxanasından azad edilməsini qeyd edib.
Kara-Murza Soyuq Müharibə bitdikdən sonra ABŞ və Rusiya arasında ən böyük məhbus mübadiləsinin bir hissəsi olaraq azad edilib.
Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin deyib ki, Kara-Murza "insan haqları mübarizəsinin önündə gedib və dünyada bir çox insan üçün ilham mənbəyi olub". Kardin Kara-Murza azad edildikdən sonra yazdığı məktubda “Sizin evə qayıtmağınız həm şəxsi qələbəniz, həm də insan ruhunun sarsılmaz gücünün sübutudur” deyib.
Demokrati nümayəndə Bill Kitinq Kara-Murzanı Rusiya prezidenti Vladimir Putinin rus xalqı ilə birbaşa danışmaq qabiliyyətinə görə xor gördüyü insanlardan biri kimi təsvir edib.
Kara-Murza iki dəfə şübhəli zəhərlənmə cəhdlərindən sağ çıxıb. Xalq Azadlıq Partiyasının sədr müavini Kara-Murza 2022-ci ilin aprelində Rusiyada həbs edilib və daha sonra dövlətə xəyanətdə və Rusiya ordusu haqqında dezinformasiya yaymaqda ittiham olunub. Rusiya prokurorları onu həbsxana koloniyasında maksimum 25 il həbs cəzasına məhkum etməyi təklif ediblər.
Kara-Murza 2022-ci ilin oktyabrında Avropa Şurası Parlament Assambleyası tərəfindən Vatslav Havel İnsan Hüquqları Mükafatına və 2024-cü ildə Pulitzer Mükafatına layiq görülüb.
Kara-Murza qanunvericilərin toplantısında deyib: "Sürreallıq mənim hiss etdiklərimi təsvir edə bilməz. Cəmi bir neçə həftə əvvəl Sibirdəki ciddi rejimli həbsxanasında idim və indi isə ABŞ Konqresində bir çox dostumla görüşürəm".
Kara-Murza ictimaiyyətə diqqətlərini onun vəziyyətinə yönəltdiklərinə görə təşəkkür edib.
“Avropa qitəsində uzunmüddətli sülh, sabitlik, təhlükəsizlik və demokratiyaya nail ola biləcəyimiz yeganə yol sülhsevər, azad və demokratik Rusiya olacaq”, o deyib.
Bayden administrasiyası avqustun 1-də səkkiz məhbus və iki azyaşlının azadlığa buraxılması müqabilində 16 məhbusun azad edilməsini təmin edib.
Forum