Accessibility links

Ukraynanın dron hücumundan sonra Rusiyada silah anbarı yanıb


Rusiya xəbər agentlikləri və Müdafiə Nazirliyi bildirir ki, Ukraynanın Rusiyaya və işğal altında olan Krıma 100-dən çox dronla hücum etməsindən sonra Rusiyanın ölkə daxilindəki silah anbarında yanğın baş verib və bu da, partlayışlara və böyük magistral yolun bağlanmasına səbəb olub.

Belə görünür ki, bu anbar çərşənbə günü Ukrayna dronlarının vurduğu bir başqa anbardan bir neçə kilometr uzaqda yerləşir. Həmin hücum nəticəsində 13 nəfər xəsarət alıb, böyük yanğın baş verib.

Rusiya rəsmiləri yanğının bir sıra partlayışlara səbəb olmasından sonra şənbə günü 100 kilometrlik magistral yolu bağlayıb və yaxınlıqdakı dəmir yoldakı sərnişinləri evakuasiya edib.

Telegram tətbiqindəki paylaşımlarda deyilir ki, Moskvadan təxminən 380, Ukrayna sərhədindən isə 500 kilometr uzaqda yerləşən Rusiyanın Tver bölgəsindəki Toropets şəhəri yaxınlığına raket anbarı vurulub.

Telegramda yayılan təsiqlənməmiş şəkillərdə gecə partlayışlar səbəbilə havaya böyük alovların və tüstünün yüksəldiyi əks olunub.

Rusiyanın cənub-qərbində sursat anbarı və raket arsenalında da şənbə günü Krasnodar regionunda başqa bir hücum nəticəsində yanğın baş verib. Nəticədə baş verən bir sıra partlayışlar evakuasiyalara gətirib çıxarıb. Sosial mediada paylaşıan videolarda üfüqdə havaya yüksələn parlaq narıncı buludlar görünüb, davamlı olaraq partlayış səsləri eşidilib.

Rusiyanın Müdafiə Nazirliyi şənbə günü iddia edib ki, qüvvələri gecə Rusiya ərazisi və işğal altında olan Krım üzərində 101 Ukrayna dronunu vurub. Rusiya bölgələrində hər hansı tələfatla bağlı dərhal məlumat verilməyib.

Forum

XS
SM
MD
LG