Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü deyib ki, iki il yarımdan çox müddətdir Rusiya ilə davam edən müharibənin sonu Kyivin Qərb müttəfiqlərinin lazım olan silahlı təmin etmək və ondan isitfadəyə icazə vermək “qətiyyəti”ndən asılıdır.
Gecə xalqa müraciəti zamanı çıxış edən Zelenski deyib ki, onun gələn gəftə Bİrləşmiş Ştatlardakı görüşləri Rusiyanın onun ölkəsinə qarşı təcavüzünün dayandırmaqda və müharibəyə son qoymaqda “mühüm” rol oynaya bilər.
“Müharibə nə vaxt bitəcək?” sualının cavabı əslində tərəfdaşlarımızın qətiyyətinin bizim müdafiəmiz, müstəqilliyimiz, qələbəmiz üçün edə biləcəkləmizdən geri qalmadığı zamandır,” o deyib. “Bizim aydın strategiyamız tərəfdaşlarımızın masasında olacaq. Amerika Birləşmiş Ştatları Prezidentinin masasında.”
Forum