Prezident Co Bayden BMT Baş Assambleyasının toplantısında söylədiyi nitqdə Livanda tammiqyaslı müharibə potensialı barədə xəbərdarlıq etmiş və Qəzzadakı münaqişəyə son qoymağın vaxtının çatdığını bildirmişdir.
“Tammiqyaslı müharibə heç kəsin maraqlarına uyğun deyil” - deyə, Bayden İsrail və Hizbullah arasında artan gərginliklərə münasibət bildirib. O deyib ki, diplomatik həll yolu hələ də mümkündür.
Az qala bir ildir ki, Qəzza zolağında İsrail və HƏMAS arasında davam edən münaqişə fonunda ABŞ lideri tərəfləri BMT Təhlükəsizlik Şurasının da dəstəklədiyi atəşkəs və girov sövdələməsinin şərtlərini yekunlaşdırmağa çağırıb.
Ukraynanın Rusiya təcavüzünə qarşı səylərinə toxunan Bayden yorulmağın seçim olmadığını bəyan edib.
“Biz üzümüzü kənara çevriə bilmərik və biz Ukrayna bu müharibədə qələbə çalana, ədalətli və dayanıqlı sülh əldə edilənədək Ukraynaya dəstəyimizi əsirgəməyəcəyik”, Bayden bildirib.
Mənim lider həmkarlarım, gəlin heç zaman unutmayaq ki, bəzi şeylər hakimiyyətdə qalmaqdan daha mühümdür. Ən önəmlisi sizin xalqınızdır.
Bayden sadalanan konfliktləri sona çatmaqda olan prezidentliyinin əsas sınaqları kimi qiymətləndirib.
Bayden öz nitqində seçki kampaniyasına qon qoyması və yeni dönəm prezidentlik uğrunda yarışdan çəkilməsi haqda danışıb.
“Prezident olmaq həyatımın şərəfi olub”, Bayden deyib. “Tamamlamaq istədiyim xeyli iş var”.
O əlavə edib: “Nə qədər işimi sevsəm də, mən vətənimi daha çox sevirəm. 50 il ictimai xidmətdə olduqdan sonra qərara gəldim ki, millətimizi irəli aparan yeni liderlər nəslinin vaxtı yetişib.”
“Mənim lider həmkarlarım, gəlin heç zaman unutmayaq ki, bəzi şeylər hakimiyyətdə qalmaqdan daha mühümdür. Ən önəmlisi sizin xalqınızdır” - deyə, Bayden demokratiyanı və azadlıqları müdafiə edib.
Prezindet Bayden administrasiyasının iqlim dəyişiliyi, qlobal aclığa qarşı mübarizə və texnoloji inkişaf istiqamətində göstərdiyi səylərə də diqqət çəkib.
Öz hökumətinin iqlim dəyişikliyinə qarşı mübarizəsini və Afrikada həyati peyvənd səylərini vurğulayan Bayden daha sonra süni intellektin faydaları və sınaqları barədə danışıb.
Forum