Accessibility links

İsrail: Hava qüvvələrimizin imkanları toxunulmaz qalır, Yaxın Şərqdə əməliyyatlarımızı davam etdirəcəyik


İsrail Hava Qüvvələri Yaxın Şərq boyu hədəflərə zərbələr endirməkdə davam edəcək və İranın irimiqyaslı raket hücumları onun ümumi əməliyyat qabiliyyətinə təsir göstərməyib. Bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) açıqlama veriblər.

Ordu sözçüsü Daniel Haqarinin dediyinə görə hava qüvvələrinin əməliyyatları öz tempində davam edəcək.

Haqari əlavə edib ki, İsrail Hizbullah komandirlərini və İsrail vətəndaşlarına hədə törədən qüvvələri hədəf almaqda davam edəcək.

ABŞ-ın İsrailə bu hücumlardan özünü müdafiə etməsi üçün yardımlar və regiondakı ABŞ qüvvələrinin qorunmasına hazırlıq statusunu nəzərdən keçirib.

“İran ötən gecə ciddi əmələ imza ataraq Yaxın Şərqi eskalasiyaya itələyib. Biz qərar verdiyimiz vaxta və yerdə hərəkətə keçəcəyik,” Haqari deyib.

Hazırkı anlarda İsrail Hizbullahın Livan paytaxtı Beyrutdakı hədəflərini vurmaqdadır.

AFP və Reuters agentliklərinin yaydıqları kadrlarda Livan paytaxtında partlayışlar görüntülənib.

İMQ-nin ərəbdilli sözçüsü Aviçay Adrae Beyrutun cənub civarlarında yerli sakinləri təxliyə olunmağa çağırıb. O, bunu Hizbullahın ərazidə yerləşən təhlükəli obyektlərinə qarşı planlaşdırılan əməliyyatlarla əsaslandırıb.

İranın İsrailə yüzdən çox raket atması ilə İsrail və İranın proksi qüvvələri arasındakı qarşıdurma yeni eskalasiya nöqtəsinə çatıb. Səmada çox sayda raketlərin görünməsi ilə İsrailin hər yerində hava hücumu sirenləri səslənib.

İsrail hərbçiləri hücumun axşam saat 7:30 radələrində başlandığını və hücumda 180-dən çox raketin istifadə olunduğunu bildirib.

İsrail Baş Naziri Benyamin Netanyahu xalqa müraciətində bildirib ki, İran “böyük səhvə yol verib” və onun ölkəsinə hücum etdiyinə görə bədəl ödəyəcək.

“Bu gecə İran yenidən İsrailə yüzlərlə raketlə hücum edib. Bu hücum iflasa uğrayıb. Dünyanın ən mükəmməl sistemlərindən olan İsrailin havadan müdafiə sistemi sayəsində bunun qarşısı alınıb,” Netanyahu bildirib və İsrail Müdafiə Qüvvələrini uğurlu müdafiə tədbirlərinə görə təbrik edib.

İranın dövlət xəbər agentliyi olan İRNA Teleqram kanalında hücumların videosunu paylaşıb. O, həmçinin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bəyanatını paylaşıb. Həmin bəyanatda İranın İsrailin təhlükəsizlik və kəşfiyyat orqanlarını hədəf aldığı bildirilir.

Son hücumun HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi və Livanda Hizbullah və SEPAH konmandirlərinin öldürülməsinə cavab olduğu bildirilir.

Forum

XS
SM
MD
LG