İranın xarici işlər naziri Abbas Araqçı şənbə günü ölkəsinin suriyalı müttəfiqləri ilə danışıqlar apararkən həm Qəzza, həm də Livanda atəşkəsə dair çağırışlarını təkrarlayıb.
“Bu gün ən vacib məsələ atəşkəsdir, xüsusilə də Livan və Qəzzada,” o, müxbirlərə deyib.
“Bununla bağlı təşəbbüslər var və məsləhətləşmələr də olub ki, biz onların uğurlu olacağına ümid edirik.”
Araqçının Dəməşqə səfəri İranın dəstəklədiyi fələstinli militant qrup olan HƏMAS-ın İsrailə hücum edərək, Qəzzada müharibəyə səbəb olmasından demək olar ki, bir il sonraya təsadüf edib. Bu, Araqçının avqust ayında vəzifəsinin icrasına başlayandan bəri Dəməşqə ilk səfəridir.
Münaqişəyə həmçinin İranın livanlı müttəfiqi Hizbullah da cəlb olunub və İsrail sentyabrın 23-də militant qrupa qarşı kampaniyasını kəskin şəkildə şiddətləndirib.
“Mənim Dəməşqə səfərimin məqsədi regionda baş verənlərlə bağlı məsləhətləşmələri davam etdirməkdir,” Araqçı deyib.
O, Suriya paytaxtına səfər etmədən öncə cümə günü Beyrutu ziyarət edib və orada “Qəzzada atəşkəslə eyni vaxtda” Livanda da Hizbullah üçün məqbul atəşkəsə dəstəyini ifadə edib.
Araqçı Dəməşqə hava yolu ilə gedib. Belə ki, bundan öncə Livan İsrailin cümə günü etdiyi hava hücumunu iki ölkəni birləşdirən əsas beynəlxalq magistral yola ziyan vurduğunu deyib.
İsrail həmin hücumun qonşu Suriyadan Hizbullaha silah axınının qarşısını almaq məqsədi daşıdığını bildirib.
İran 2011-ci ildə hökumət əleyhinə hücumların yatırılmasından sonra başlayan vətəndaş müharibəsi boyunca Suriya Prezidenti Bəşər Əsədi dəstəkləyib.
Forum