Accessibility links

Rusiyada ABŞ vətəndaşı müharibədə Ukrayna tərəfində iştirak etdiyinə görə mühakimə olunur


Rusiya prokurorları Rusiyaya qarşı muzdlu kimi döyüşməkdə ittiham olunan ABŞ vətəndaşı Stiven Habbardın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə şənbə günü Rusiya xəbər agentlikləri məlumat yayıb.

Prokurorlar həmçinin məhkəmədən 72 yaşlı Hubbardın təqsirini etiraf etdiyini bildirərək onun yaşının nəzərə alınmasını istəsələr də, eyni zamanda onu “ən ciddi rejimli koloniyaya göndərilməsini” tələb edib.

Rusiyada muzdlu fəaliyyət cinayət sayılır və 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Prokurorlar Habbardı Rusiya 2022-ci ilin fevralında Ukraynaya qoşun yeritdikdən sonra Ukrayna hərbçiləri ilə 1000 dollarlıq müqavilə imzalamaqda ittiham edir. Onun təlim keçdiyi, şəxsi odlu silah aldığı və 2022-ci ilin aprelinə qədər Rusiya hərbçiləri tərəfindən saxlanılana qədər muzdlu əsgər kimi Ukrayna qüvvələri ilə döyüşdüyü bildirilir.

ABŞ-ın Moskvadakı səfirliyi “Associated Press” agentliyinə “Amerika vətəndaşının həbsindən xəbərdar olduğunu” deyib, lakin “məxfilik məhdudiyyətlərinə görə” əlavə şərh verə bilməyəcəyini bildirib.

Rusiya məhkəmələri işlərin 99%-dən çoxunda təqsirli hökmlər çıxarır. Prokurorlar çox yüngül hesab etdikləri hökmlərdən apellyasiya şikayəti verə bilərlər.

Son illər Rusiyada Amerika vətəndaşlarının həbsi halları daha tez-tez baş verir. ABŞ qorxur ki, Rusiya ABŞ vətəndaşlarını ABŞ və Avropada cinayət törətməkdə təqsirli bilinən rusların geri qaytarılması üçün “sövdələşmə predmeti” kimi istifadə etmək məqsədi ilə həbs edə bilər.

Avqust ayında ABŞ və Rusiya Avropa ölkələrinin aylarla apardığı danışıqlardan və güzəştlərdən sonra postsovet tarixində ən böyük məhbus mübadiləsini başa çatdırıb. Bir neçə ABŞ vətəndaşı hələ də Rusiyada dəmir barmaqlıqlar arxasındadır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG