Accessibility links

Güclənən Milton qasırğası Floridanın körfəz sahillərinə doğru irəliləyir


ABŞ Milli Qasırğa Mərkəzi Milton qasırğasının güclənərək yenidən beşinci kateqoriyalı qasırğaya çevrildiyini bildirir.

Florida ştatının iri şəhərlərindən olan Tampa şəhərindən 600 kilometr cənub-qərbdə olan tufanın hazırda saatda 265 kilometr sürətli küləklərlə müşayiət olunduğu bildirilir.

Qasırğanın gücünün növbəti 36 saat ərzində dəyişkən olacağı proqnozlaşdırılır və güman edilir ki, sahilə çatdıqdan sonra küləklərin intensivliyi zəifləyə bilər.

Yüz minlərlə Florida sakini rəsmilərinə çağırışlarına cavab olaraq ərazini tərk ediblər.

Milli Qasırğa Mərkəzi qasırğanı olduqca təhlükəli hesab edərək su səviyyəsinin özəl evlərin damlarına çatacağı barədə xəbərdarlıq edib.

Milton qasırğasının Florida sahillərinə çərşənbə günü çatacağı proqnozlaşdırılır.

Qeydə alınan ən güclü Atlantik qasırğası 1980-ci illərin Allen qasırğasıdır. O, Texas və Meksikanı vurmazdan əvvəl Karib dənizi və körfəzdən keçərkən küləyin sürəti saatda 306 km-ə çatırdı.

Tampa körfəzi 1921-ci ildən bəri birbaşa böyük qasırğaya məruz qalmayıb.

Prezident Co Bayden Florida üçün fövqəladə vəziyyət elanını təsdiqləyib və ABŞ nümayəndəsi Keti Kastor tarixdəki ən böyük federal personal səfərbərliklərindən birinə kömək etmək üçün 7000 federal işçinin səfərbər edildiyini bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG