Accessibility links

Kamala Harris: İmmiqrant köklərdən tarixi prezidentlik namizədliyinə qədər


Kamala Harris: İmmiqrant köklərdən tarixi prezidentlik namizədliyinə qədər
please wait

No media source currently available

0:00 0:03:44 0:00

Birləşmiş Ştatların ən liberal ərazisindən çıxan Demokratların prezidentliyə namizədi Kamala Harris öz siyasi karyerası dövründə sərt prokurordan gələcəyə fokuslanmış islahatçıya qədər dəyişə bilib. Amerikanın Səsinin jurnalisti Mat Dibl onun tarixçəsi haqda danışır.

“Mənim anam möhtəşəm idi. Qısaboylu, aksenti olan tünd qadın.” – Kamala Harrisin Demokratların Milli Qurultayında nitqi.

1964-cü ildə doğulan Kamala Harrisin hekayəsi San Fransisko ərazisinin proqressiv və qarışıq məhəllələrində başlayır.

Onun immiqrant valideynləri – Hindistandan Şyamala Qopalan və Yamaykadan Donald Harris Kaliforniyanın Berkli şəhərində tanış olunlar. Hər ikisi Berkli Universitetində təhsil almağa gələn istedadlı tələbələr idi.

1960-cı illərin Berklisi vətəndaş haqları və sülh aktivizminin mərkəzi idi. Harris deyir ki, onun ən ilk xatirələri uşaq arabası ilə nümayişlərdə iştirak etməsidir.

1970-ci ildə Harrislərin nikahı sona çatdı. Şyamala Qopalan iki qızı ilə Berklidə mənzil kirayəyə götürür.

“Onlar uşaq bağçası üzərində sadə iki otaqlı, bir hamam otağı olan mənzildə yaşayıblar.”

Uşaqlıq dostu Karol Porter Harrisi ilk dəfə məktəb avtobusunda görüb: “Biz dövlət məktəblərinin seqraqasiyadan sonrakı ikinci il şagirdləri idik.”

Harris qara kollec sayılan Hovard Universitetinə, daha sonra isə hüquq məktəbinə gedir.

Kaliforniyada rekord sayda qara kişilərin məhbus olduğu vaxt, o, prokuror kimi işə başladı. Bu, tez-tez afrikalı-amerikalı icma arasında mənfi qiymətləndirilən bir vəzifədir.

“O, ora daxil olub və bəzi şeyləri dəyişdirmək istəyirdi ki, insanlar sistemli və struktual irqçilik zəminində həbs olunmasınlar”, Karol Porter deyir.

2002-ci ildə o, San Fransisko şəhərinin prokuroru seçkilərinə qatıldı.

Andrea Dyu Stil, Emerge təşkilatının təsisçisi: “Orada heç vaxt qadın prokuror olmamışdı. O, yarışa çox geridə başladı, amma onda xüsusi nəsə var idi.”

Harris rəqabətli seçkilərdə qalib gələrək zorakı cinayətkarlara qarşı cəzaların artırılması, ilk dəfə və qeyri-zorakı cinayətlərlə həbs olunanları özünün “Back on Track” reabilitasiya proqramına cəlb edilməsi üzərinə çalışdı.

2010-cu ildə Kaliforniyanın baş prokuroru seçildikdən sonra, o, yanıldıcı kredit təcrübələrinə görə ABŞ banklarının 20 milyard ödəməsinə nail olur. Harris o cümlədən sərhəddən keçirilən narkotik və insan alveri halları ilə mübarizə aparıb, nikah bərabərliyini təşviq edib.

2016-cı ildə Harris ABŞ Senatına seçilir. Orada qısa zamandı immiqrasiya problemləri, səhiyyə, ədliyyə islahatlarının güclü səslərindən birinə çevrilir. Dinləmələr zamanı kəskin sualları, güclü liderləri hesabatlı tutmaq bacarığına görə Harris ölkə səviyyəsində tanınan fiqura çevrildi.

Lakin 2020-ci il prezidentlik yarışında Harris kampaniyası əməkdaşlar arasında xaos fonunda istiqamət tapmaqda çətinlik çəkdi.

Qil Duran, Harrisin sabiq köməkçisi: “İşçilərin sürətlə dəyişməsi, istedadlı insanları ətrafında saxalma bacarığının olmaması ilə bağlı xəbərlər oldu.”

Bayden nominasiyanı qazandı və Harrisə vitse-prezidentlik təklif etdi. Qələbədən sonra Harris bu vəzifəyə seçilən ilk qadın və ilk qeyri-ağ şəxs oldu.

ABŞ-ın cənub sərhədlərini keçməyə cəhd edən miqrantların sayı artdığı zaman vitse-prezident Harris region liderləri ilə qeyri-sabitlik və yoxsulluq məsələlərini qaldırdı.

O, tezliklə siyasi hədəfə çevrildi.

Keti Vilmont, Tramp dəstəkçisi: “O, cənub sərhədinin təhlükəsizliyinə məsul bir şəxs olmalı idi və mən heç bilmirəm, o, orada olub, ya yox.”

Harris dünya səhnəsində dəstəyi vurğulayan və gərginliyi azaldan emissar kimi rahatlıqla daha da formalaşdı.

Maneələri və gözləntiləri aşan bir karyeraya sahib Harris, Beydenin seçki yarışından çəkilməsindən sonra Demokratlatın prezidentliyə namizədi oldu.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG