Accessibility links

Ətraf mühitin çirklənməsinə qarşı çıxan fəalın işi İnqilab Məhkəməsinə göndərilib


Səid Minayi (Mənbə: Araz News Telegram kanalı)
Səid Minayi (Mənbə: Araz News Telegram kanalı)

Azərbaycanlı milli fəal Səid Minayinin Marağa şəhərinin məhkəməsindən aldığı bildirişə əsasən, onun Kaveh Soda şirkətinin ətraf mühiti çirkləndirməsi ilə bağlı tənqidlərinə görə açılmış işi Marağa Ümumi və İnqilab Məhkəməsinə göndərilib.

O, Instagram səhifəsində məhkəmənin göndərdiyi bildirişin surətini paylaşaraq, zavodun şikayətini davam etdirməsi səbəbilə işin prokurorluğa göndərildiyini bildirib.

Ötən ay Tehran İnqilab Məhkəməsi tərəfindən 5 il həbs cəzasına məhkum edilən türk fəal Səid Minayi, Kaveh Soda zavodu ilə bağlı məhkəmə qərarını gözləyir.

Məhkəmə bildirişində işin prokurorluğa göndərilməsinin səbəbi "tərəflərin barışmazlığı" kimi göstərilib. Minayi isə bu qərarın onun iştirakı olmadan və barışıq görüşləri keçirilmədən verildiyini qeyd edərək, şirkəti barışığa razı olmamaqda və şikayətində israrlı olmaqda ittiham edib.

Kaveh Soda şirkəti uzun müddətdir ətraf mühit fəallarının tənqidlərinə məruz qalır. Şirkətin Urmiyə gölü ətrafında apardığı qazma işləri və tullantı sularının gölə axıdılması bölgə sakinləri və ətraf mühit fəalları tərəfindən narahatlıqla qarşılanıb.

Minayi həmçinin qeyd edib ki, bölgədəki məsul şəxslər və millət vəkilləri bu barədə əməli tədbir görməzsə, onların etirazları sadəcə şüar və populyarizm kimi qəbul ediləcək.

Forum

XS
SM
MD
LG