Accessibility links

Trampın sözçüsü kabinetə namizədlərin təhdidlərə məruz qaldığını bildirib


Karolayn Livitt
Karolayn Livitt

ABŞ-ın seçilmiş prezidentinin sözçüsü çərşənbə günü bildirib ki, Donald Trampın Nazirlər Kabinetinə namizədlərindən və təyin olunanlardan bir neçəsi bomba təhdidləri və “təxribat” da daxil olmaqla “zorakı təhdidlər”lə hədəflənib.

"Bu təhdidlər çərşənbə axşamı gecə və çərşənbə günü səhər saatlarında edilib. Hüquq-mühafizə orqanları ilə digər səlahiyyətlilər hədəf alınan şəxslərin təhlükəsizliyini təmin etmək üçün sürətlə hərəkətə keçib" - deyə, sözçü Karolayn Livitt bəyanatında qeyd edib.

Livitt kimin hədəf alındığını açıqlamayıb və təhdidlərin təbiəti haqqında əlavə məlumat verməyib.

Federal Təhqiqat Bürosu (FBI) və Ədliyyə Nazirliyinin sözçüləri isə şərh verməkdən imtina edib.

Livitt bildirib ki, hücumlar "bomba təhdidlərindən 'swatting'ə (saxta cinayət bildirişləri ilə polis əməliyyatlarını tətikləmək) qədər dəyişir".

Bu, saxta cinayət xəbəri ilə kiminsə evində ağır silahlı polis əməliyyatına səbəb olur.

Forum

XS
SM
MD
LG