Accessibility links

Pilotsuz təyyarələrin görünməsindən sonra Britaniya ABŞ bazalarına qoşun yerləşdirib


Britaniya və ABŞ hakimiyyət orqanları son günlər İngiltərədəki dörd ABŞ hərbi bazası üzərində bir neçə dronun görünməsindən sonra araşdırma aparır.

Britaniya dron uçuşlarının Rusya kimi bir rəqib tərəfindən aldatma və ya sabotaj hərəkətləri ola biləcəyindən narahatdır. Bazalar ətrafına onlarla əsgər yerləşdirib.

Verilən açıqlamaya görə, ABŞ Hava Qüvvələri Avropada "kiçik pilotsuz hava sistemlərinin noyabrın 20-dən etibarən Royal Air Force Lakenheath, RAF Mildenhall, RAF Feltwell və RAF Fairford ərazisində və üzərində müşahidə etdiyini" bildirib. Açıqlamada dronların sayının dəyişdiyi, ölçü və konfiqurasiyalarının isə fərqli olduğu qeyd edilib.

İngiltərənin şərqindəki RAF Lakenheath ABŞ Hərbi Hava Qüvvələrinin 48-ci Qırıcı Qanadı, Avropadakı döyüş qabiliyyətinin təməl daşı və digər təyyarələr arasında bir neçə F-35 gizli döyüş təyyarəsinə ev sahibliyi edir. Amerikanın dörd B-52 strateji bombardmançı təyyarəsi hazırda ölkənin qərbindəki RAF Fairfordda yerləşir.

Pentaqon bu həftə vəziyyəti aktiv şəkildə izlədiyinibildirib.

“Əsas nəticə budur ki, bu, ciddi qəbul edəcəyimiz bir məsələdir. Biz bunu araşdırmağa davam edirik. Lakin indiyə kimi [bunun] heç bir əhəmiyyətli missiya təsiri olmayıb" deyən Pentaqonun sözçüsü, general-mayor Patrik Rayder çərşənbə axşamı jurnalistlərə bildirib ki, kiçik dronlar "indi landşaftda nisbətən adi hala çevrilib".

Britaniya ABŞ bazaları ətrafında 60-a yaxın əsgər yerləşdirib. Böyük Britaniyanın müdafiə naziri Maria İqle "çox qatlı güc mühafizəsi tədbirlərindən" istifadə etdiklərini deyib.

İngiltərənin Birmingem Universitetinin beynəlxalq siyasət professoru Devid Dann pilotsuz təyyarələrin yaratdığı təhlükələr haqqında geniş yazılar yazır. O deyib ki, müşahidələri dronların hobbilər tərəfindən idarə edilmədiyini göstərir.

“Bu kontekstdə bir neçə fərqli ölçüdə pilotsuz uçuş aparatlarının olmasından danışılması xüsusilə narahatedicidir. Bu, əlaqələndirilmiş və planlaşdırılmış bir fəaliyyət kimi görünür. Ən aydın olanı odur ki, bunlar pozucu təcrübələrdir və onlar əslində aerodromu fərqli şəkildə işləməyə, hava əməliyyatlarını dayandırmağa məcbur edirlər”, Dann Amerikanın Səsinə bildirib.

Dronlardan başqa məqsədlər üçün də istifadə oluna bilər.

“Onlar neçə təyyarənin işlədiyi, harada yerləşdiyi, hansı hərəkətlər olduğu barədə kəşfiyyat məlumatları toplaya bilərlər. Və əslində, onlar bunu fərdlər üçün də edə bilərlər” Dann deyib.

Danna görə, ilk növbədə ABŞ hərbi personalı üçün yaşayış yeri kimi xidmət edən RAF Feltwell-də ABŞ bazası üzərində pilotsuz təyyarələrin görünməsi "xüsusilə pis" bir inkişafdır.

Londonun “Times” qəzeti yazır ki, hakimiyyət Rusiyanı günahkar kimi göstərməyi istisna etmir.

Dann bildirib ki, Moskvanın hibrid hücumları artırmaq cəhdləri barədə sübutlar var, bu, hərbi olmasa da, hələ də dağıdıcı ola bilən bir müharibə formasıdır.

Forum

XS
SM
MD
LG