Accessibility links

Ukrayna Rusiyanın 18 pilotsuz təyyarəsini məhv etdiyini bildirir


Ukrayna ordusu bazar ertəsi bildirib ki, Rusiya qüvvələri tərəfindən gecə ərzində göndərilən 18 pilotsuz uçan aparatı vurub.

Ukrayna Hərbi Hava Qüvvələri dronların Çernihiv, Dnipropetrovsk, Xmelnitski, Odesa, Poltava, Rivne, Sumi, Ternopil və Vinnitsa vilayətləri üzərində vurulduqlarını bildirib.

Tələfat və ya böyük dağıntılar barədə məlumat yoxdur.

Hərbçilər bildiriblər ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri əlavə olaraq Rusiyanın iki idarə olunan raketini vurub.

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi hava hücumundan müdafiə qüvvələrinin Ukraynaya məxsus 13 pilotsuz təyyarəni məhv etdiyini bildirib.

Pilotsuz təyyarələrin əksəriyyəti Belqorod və Rostov vilayətlərində Rusiya-Ukrayna sərhədi yaxınlığında vurulub. Dronlardan ikisi sərhəddən təxminən 200 kilometr aralıda yerləşən Həştərxan üzərində məhv edilib.

Forum

XS
SM
MD
LG