Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı deyib ki, Rusiyanın Ukraynadakı müharibəsinə “yalnız qətiyyət” son qoyub davamlı sülhə gətirib çıxara bilər.
Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti seçilən Donald Trampla danışıqlarından bir neçə gün sona Zelenski deyib ki, müharibəyə son qoymaq üçün birlikdə işləmək ən başlıca prioritetdir. O həmçinin Trampa “bu müharibəni ədalətli sona çatdırmaq üçün göstərdiyi qətiyyətə görə” minnətdarlığını çatdırıb.
Ukrayna lideri daha sonra bildirib ki, o, Trampa deyib ki, Rusiya Prezidenti Vladimir Putin “yalnız ondan və bəlkə də Çindən qorxur.”
“Biz bilirik ki, Amerika əlamətdar şeylərə - başqalarının əldə edə bilmədiyi şeylərə nail olmaq gücünə malikdir,” Zelenski X-də yazıb.
“Bu müharibəni bitirməkdə uğur qazanmaq üçün bizim birliyə - Amerikanın, Avropanın və dünyada təhlükəsizliyə - eləcə də sülh üçün möhkəm mövqelərə və zəmanətlərə - dəyər verən hər kəsin birliyinə ehtiyacımız var”, o bildirib.
Zelenskinin bu şəhrləri ABŞ-da rəhbərliyin gələn ay prezident Co Bayden administrasiyasından yeni Tramp administrasiyasına ötürülməsi fonunda ABŞ-ın Ukraynaya dəstəyinin səviyyəsi ilə bağlı sualların yarandığı bir vaxta təsadüf edir.
Birləşmiş Ştatlar Baydenin rəhbərliyi altında Ukraynaya Rusiyanın hücumlarından müdafiə üçün sursat və hava hücumundan müdafiə vasitələri də daxil olmaqla, milyardlarla dollarlıq hərbi yardım təşkil etmək səylərinə rəhbərlik edib.
Tramp bazar günü görüşdən sonra deyib ki, Ukraynada dərhal atəşkəs əldə olunmalı və Ukrayna ilə Rusiya arasında danışıqlar başlamalıdır.
Forum