Accessibility links

Ağ Ev Əsəd rejiminə kimyəvi silahlardan istifadə edilməməsi barədə xəbərdarlıq verib


Ağ Ev Əsəd rejiminə kimyəvi silahlardan istifadə edilməməsi barədə xəbərdarlıq verib
please wait

No media source currently available

0:00 0:02:31 0:00

İdlib vilayətinin Mühəmbal şəhərində yanğınsöndürənlər Rusiyanın hava hücumu zamanı alovlanan benzindoldurma məntəqəsinə axışıb.

"11-dən 4-dək Mühəmbalın cənub kəndləri, şəhərin özü və bir neçə ətraf kəndə hücumlar davam etdirilib" – deyə, şəhər sakini Əbu Məhəmməd bildirib.

Əsəd hökuməti və onun müttəfiqləri Rusiya və İran gələn həftə İdlibin ələ keçirilməsi üçün genişmiqyaslı hücumlara hazırlaşır. Bu vilayət rəqib döyüşçülərin əlində olan son ərazidir. Onlar bölgəinin Nüsra Cəbhəsi terrorçularından təmizlənməli olduğunda israr edir.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli Amerikanın Surayada daha bir kimyəvi silah hücumuna yol verməyəcəyini bildirib.

"Prezidentimiz İran, Rusiya və Əsədə ora getmələrini deyib. Biz bunu qəbul edə bilmərik. Bu, düzgün deyil".

Ağ Evin mətbuat katibinin bəynataında bildirilib ki, Dəməşq kimyəvi silahlara əl atsa, Amerika lazımi ölşülər götürəcək.

Ötən il prezident Tramp mülki əhaliyə qarşı kimyəvi hücumdan sonra Suriyanın hərbi bazasına qarşı hücum göstərişi vermişdi.

Kreml isə Trampın xəbərdarlığını İdlib üçün böyük humanitar səhv ola biləcəyini bəyan edib.

Lakin BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan De Mistira Trampın çağırışını alqışlayıb.

"İlk əvvəl prezident Trampın tvitini alqışlayıram. Çünki o, ehtiyatsız hücumları nəzərə alır. Humanitar səhv barədə narahatlıq humanitar faciəyə səbəb ola bilər."

BMT rəsmisi İdlibin 2.9 milyonluq əhalsinin təhlükədə olduğunu bildirib. O deyib ki, Rusiya və Türkiyə dinc yolla problemin həllinə yardım etməsə, genişmiqyaslı hücumlar daha artıq qan axıdılmasına yol açacaq.

Suriya müharibəsində bu iki ölkə müxalifəti dəstəkləyir.

Rusiya, Türkiyə və İran liderləri cümə günü bir araya gəlib, Suriyanın şimal-qərb bölgəsindəki vəziyyəti müzakirə edəcək.

XS
SM
MD
LG