Accessibility links

Melania Tramp Respublikaçıların qurultayında pandemiya, irqçilik əleyhinə etirazlardan danışdı


ABŞ-ın birinci xanım Melania tez-tez koronavirus pandemiyasının təsirini azaldan və tamamilə yox olacağını deyən həyat yoldaşı prezident Donald Trampdan fərqli olaraq, çərşənbə axşamı Respublikaçıların qurultayında ıxışı zamanı pandemiya qurbanlarına şəfqət ifadə edib.

"Mart ayından bəri həyatımız kəskin şəkildə dəyişib. Mən yaxınlarını itirən hər bir kəsə dərin hüznlə başsağlığı verirəm. Xəstə və ya əziyyət çəkən bütün insanlar üçün dua edirəm. Bilirəm, bir çox insan narahatdır, bəziləri özlərini çarəsiz hiss edir. Mən sizin tək olmadığınızı bilmənizi İstəyirəm"- deyə, birinci xanım Ağ Evin yeni təmir olunmuş Qızılgül bağçasında etdiyi çıxışı zamanı deyib.

Özünün Sloveniyadan ABŞ-a 26 yaşında bir model kimi gəldiyi və sonda bu ölkənin vəgəndaşlığını aldığı barədəki miqrasiya hekayəsini danışmaqla Melaniya Tramp həyat yoldaşının sənədsiz mühacirləri hədəf alan siyasətindən çəkinən bir çox insanla əlaqə yaratmağa çalışıb.

Birinci xanım COVID-19-a yoluxan milyonlarla insanı müalicə edən səhiyyə işçilərinə minnətdarlığını bildirib.

"Siz ölkənizi birinci yerə qoyursunuz, həyat yoldaşım və mən sizə minnətdarıq. Bu gözəl ölkəmizdə insanların bir-birləri üçün nələr edəcəyini görmək məni ruhlandırdı," Melania Tramp Respublikaçıların Milli qurultayının ikinci gecəsinin finalında bildirib.

Milli qurultay koronavirusun yayılması qorxusu səbəbindən virtual olaraq Vaşinqtonda keçirilir. ABŞ-da prezidentliyə namizəd qurultaylarında adətən minlərlə nümayəndə hər dörd ildən bir bir arenaya toplaşır.

Çərşənbə axşamı gecə Qüdsdən çıxış edən dövlət katibi Mayk Pompeo da daxil olmaqla, bir çox Respublikaçının prezidentin gördüyü işləri alqışladığı bir vaxt, digərləri iqtisadiyyat və xarici siyasətdən tutmuş,qanun, asayiş və silah nəzarətinə qədər məsələlərlə bağlı Demokrat namizədi hədəf alıb.

Melania Tramp mayın 25-də Minnesota ştatının Minneapolis şəhərində polis nəzarətində olarkən qaradərili Corc Floydun ölümündən sonra baş qaldıran irqi ayrı-seçkiliyə qarşı etirazlardan da danışıb. Respublikaçılar Floydun ölümünü pisləsələr də, onlar qurultayda əsasən hücumlarını Demokratlara yönəldərək, onların ABŞ-da irqi ədalətsizliyə qarşı nümayişlər nəticəsində meydana gələn küçə zorakılıqlarına son qoymayacağını bildirirlər.

"Ölkəmizdəki irqi ayrı-seçkilik zəminindəki iğtişaşlar hamınız kimi məni də düşündürür. Bu,tariximizlə qürur duymadığımız sərt bir reallıqdır. Mən insanları keçmişi öyrənməklə, gələcəyə baxmağa çağırıram", Melania Tramp deyib

"Bunu nəzərə alaraq, mən bu ölkənin vətəndaşlarını bir anlığa dayanmağa və hər şeyə müxtəlif perspektivdən baxmağa çağırıram. Mən insanları işləyə bilmək və Amerika ideallarına uyğun olaraq yaşaya bilməyimiz üçün sivil qaydada bir araya gəlməyə çağırıram" birinci xanım Melania Tramp bildirib.

Milli Qurultay koronavirusun yayılması qorxusu səbəbindən virtual olaraq Vaşinqtonda keçirilir. ABŞ-da prezidentliyə namizədin nominasiya edildiy qurultaylarda adətən minlərlə nümayəndə hər dörd ildən bir arenaya toplaşır. Çərşənbə axşamı gecə Qüdsdən çıxış edən dövlət katibi Mayk Pompeo da daxil olmaqla, bir çox Respublikaçının prezidentin gördüyü işləri alqışlayıb, digərləri isə iqtisadiyyat və xarici siyasətdən tutmuş, qanun-qayda, asayiş və silah nəzarətinə qədər məsələlərlə bağlı Demokrat namizədi hədəf alıb.

Şərhlərə bax

XS
SM
MD
LG