Accessibility links

Ağ Ev: Növbəti Tramp-Putin sammiti təhlükəsizlik barədə olacaq


Prezident Donald Trampla Rusiya lideri Vladimir Putin arasında payıza planlaşdırılan sammit təhlükəsizlik məsələlərini əhatə edəcək. Bu barədə Ağ Evin bəyanat yaymasından sonra rəsmi Moskva liderlər arasında ikinci görüşə açıq olduğuna işarə verib.

Bu arada Trampın rusiyalı həmkarı ilə birinci görüşü tənqid obyekti olaraq qalır.

Tramp milli təhlüksəzilik müşaviri Con Boltona Putini Vaşinqtona dəvət etməyi tapşırıb.

Ağ Ev rəsmisi bəyan edib ki, növbəti Tramp-Putin sammiti təhlükəsizlik, ələlxüsus da Rusiyanın seçkilərə müdaxiləsinə həsr olunacaq. Rəsmi Rusiyanın seçkilərə müdaxilə deyəndə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib.

Adının çəkilməsini istəməyən Ağ Ev rəsmisi görüşdə habelə Şimali Koreya, İran və Suriya məsələlərinin müzakirə olunacağını bildirib.

Tramp öz milli təhlüksəzilik müşaviri Con Boltona Putini Vaşinqtona dəvət etməyi tapşırıb. Məqsəd Helsinkidə müzakirə olunan məsələlər üzərində mübadiləni davam etdirməkdir.

Helsinki sammitində Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməsi fikrini dəstəkləmədiyinə görə Tramp ölkə daxilində sərt tənqidlərə məruz qalıb.
Helsinki sammitində Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməsi fikrini dəstəkləmədiyinə görə Tramp ölkə daxilində sərt tənqidlərə məruz qalıb.

Ağ Evdə görüş Rusiya liderinə legitimlik bəxş etmək istiqamətində dramatik addım sayıla bilər. Belə ki, Putin Trampa Ağ Evi qazandırmaqla nəticələnən 2016-cı il prezident seçkilərinə müdaxilə, eləcədə Rusiyanın Ukrayna və Suriyadakı əməllərinə görə Qərb tərəfindən təcrid olunub.

Son 10 ildə Rusiya lideri Ağ Evdə olmayıb.

Trampın Putinə dəvətnaməsi prezidentin ən yüksək rütbəli kəşfiyyat rəsmisini təəcccübləndirib.

Ağ Evdə görüş Rusiya liderinə legitimlik bəxş etmək istiqamətində dramatik addım sayıla bilər.

Kolorado ştatında Aspen Təhlükəsizlik Forumunda çıxış edərkən planlaşdırılan görüş haqda məlumatlandırılan Milli Kəşfiyyat Direktoru Dan Kouts “Onu təkrar deyin” deyə təəccübünü ifadə edib.

“OK,” o dərin nəfəs aldıqdan sonra davam edib. “Bu xüsusi bir şey olacaq.”

Açıqlama Trampın sammitdən sonra verdiyi bəyanatların doğurduğu tənqidi reaksiyalarla üzləşdiyi vaxta təsadüf edir. Trampın Putinlə birgə mətbuat konfransı zamanı Rusiyanın seçkilərə müdaxilə etməsi haqda ABŞ kəşfiyyatının qənaətini paylaşmaması həm Respublikaçılar, həm də Demokratlar arasında sərt etirazlarla qarşılanıb.

Prezident Tramp bir gün sonra yanlışlığa yol verdiyini etiraf edib.

XS
SM
MD
LG