Azərbaycanın aparıcı jurnalist təşkilatı Amerikanın Səsinin Azərbaycan Xidmətinə Ən Obyektiv Radio Stansiya mükafatını təqdim edib. Sərhədsiz Jurnalistlər Birliyinin bu ayın əvvəlində keçirdiyi təqdimat mərasimində Azərbaycanın iri siyasi partiyalarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Birlik Amerikanın Səsinin Azərbaycan xidmətini peşəkarlığına görə alqışlayıb. Amerikanın Səsinin baş direktoru David Cakson bildirib ki, bu mükafat 1982-ci ildə fəaliyyətə başladığı gündən Amerikanın Səsinin Azərbaycan xidmətinin bu mühüm Qafqaz millətinə balanslı məlumat verməsinin sübutudur. Əlavə edək ki, bu gün Azərbaycanın Təhsil Nazirliyi Bakı müxbirimiz Tapdıq Fərhadoğluna və xidmətimizə təhsil proqramlarına görə mükafat verib.