Accessibility links

İraq Suriyanı qiyamçılara qarşı ciddi ölçülər götürməməkdə ittiham edir


İraqın daxili işlər naziri Bayan Cəbr Suriyanı qiyamçıların İraqa daxil olmasının qarşısını almaq üçün ciddi ölçülərin götürmədiyini bildirib. Nazir bu bəyanatı Türkiyədə səfərdə olarkən Associated Pressə verdiyi müsahibəsində verib. O, sabah İstanbulda turkiyəli həmmkarı ilə görüşəcək. Cənab Cəbr söyləyib ki, o, Suriyadan İraqlı qiyamçıların tərəfdarlarının tezliklə məğlubiyyəytə uğradacağını gözləmir. Bu arada, İordaniya 60-dan çox ölkənin iştirak etdiyi Beynəlxalq Konfransa ev sahibliyi edir. Konfransda İraqın bərpası məsələsi müzakirə edilir. İraq hökuməti konfrans iştirakçılarını İraqın bərpası işində fəal iştirak etməyə çağırıb. İraqlıların çoxu bildirir ki, ölkədəki zorakılıq hərəkətlərinin davam etməsi İraqın yenidən bərpası işini dayandırıb. İraqın plan naziri Bəhram Saleh konfransda etdiyi çıxışında deyib ki, ölkədə zorakılıq hərəkətlərinin davam etməsi nəticəsində ölkə əhalisinin çoxu susuz və elektriksiz qalıb. Qiyamçıların son həftə həyata keçirdikləri hücumlar nəticəsində azı 170 nəfər həlak olub.
XS
SM
MD
LG